Icma.az
close
up
RU
“RUS ƏSGƏRİNİN AYAQ BASDIĞI HƏR YER BIZİMDİR” Putinin bu ismarıcı təkcə Ukraynayamı aiddir?

“RUS ƏSGƏRİNİN AYAQ BASDIĞI HƏR YER BIZİMDİR” Putinin bu ismarıcı təkcə Ukraynayamı aiddir?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Artıq bütün maskalar atılıb. Rusiyanın yaxın gələcəkdə sivil, normal qonşu dövlət olacağı barədə bütün illüziyalardan əl çəkmək lazımdır. Bir daha sübut olunur ki, Kremlin hələ də Qarabağa “artsax” deyən ən çirkin, idbar təbliğat ruporu Vladimir Solovyovdan tutmuş dünyanı iki gündən bir nüvə bombası ilə təhdid edən qeyri-adekvat Medvedevə, Zatulinə, Zaxarovaya, Simonyana, Satanovskiyə, hətta ukraynalı uşaqları qətl etməyə çağıran “Z bloqerlər”ə qədər bütün rus “elitası” Putinin dili ilə danışır, onun fikrini çatdırır, onun sözünü deyir.

Bəs Putin nə deyir? “Rus əsgərinin ayaq basdığı hər yer bizimdir!”.

Bunu Rusiya başçısı dünən keçirilən forumda deyib. Daha bundan artıq nə deyilməlidir ki, Rusiyanı müdafiə edənlər bir də öz küt başlarını qaldırıb, üfunət saçan ağızlarını açmasınlar…

Ancaq məsələ ondadır ki, həyasızlığın bütün “qırmızı cizgiləri”ni aşmış Kreml hələ rus əsgərinin ayaq basa bilmədiyi və yaxın gələcəkdə basması mümkünsüz görünən Xerson, Zaporojye və Donetsk vilayətlərinin qalan hissələrini də Ukraynadan tələb edir. Bu da azmış kimi, Putin həmin çıxışında Sumı şəhərinin də işğal ediləcəyini istisna etməyib.

Təbii ki, indi də, tarix boyu da bütün imperiyalar Putinin dediyi kimi düşünüb və hamısı da gec-tez tarixin zibilliyinə atılıb. 21-ci əsrdə yalnız geri zəkalı, geridə qalmış, neandertal təfəkkürlü idarəçilər müasir texnologiyaları, elmi, iqtisadi inkişafı qoyub, zor, silah, işğal, “əsgər ayağı” ilə dünyaya hakim olmaq fikrinə düşər.

Elə bu axsaq və çürük təfəkkürün nəticəsidir ki, bu gün Rusiya rejiminin işğalçı siyasəti nəticəsində günahsız rus və Ukrayna güəncləri tək ayaqlarını deyil, həyatlarını itirirlər. Gənc ömürləri Ukrayna bataqlıqlarında çürüyür. Və o torpaqlar Rusiyanın deyil. Putinin yekəxana, özündən razı bəyanatına baxmayaraq, rus əsgərinin ayağı müharibənin əvvəlində az qala Kiyevə, eləcə də Xersona və Xarkov vilayətinin böyük bir hissəsinə dəysə də, indi oralar Rusiya deyil, rus ordusunu oralardan çıxardılar!…

Rusiya başçısının bu fikri, həm də onun nə qədər “dahi” siyasətçi olduğunu göstərdi. Bu bəyanatdan sonra Rusiya hansı üzlə hansısa xarici ölkəyə, yaxud qonşu dövlətə “sülhməramlı”, və ya başqa adla əsgər göndərə bilər?

Acınacaqlısı həm də odur ki, Putin bu bəyanatı dilə gətirərkən, zalda oturanlar cuşa gəldilər, canı dildən ona əl çaldılar. Doğrudur, orada oturanlar əsasən Kremlin təbliğatçıları, saray jurnalistləri, deputatlar, nazirlər və digər yaltaq-məddah yığını idi. Ancaq inanın ki, hazırkı Rusiya cəmiyyətinin olduqca böyük hissəsi eyni ağılda və eyni düşüncədədir.


Putinin bu çürük iddiasını sıfırlayan mənzərə təkcə Ukraynaya aid deyil. Onun ayağı bir vaxtlar “at oynatdığı”, Şərqi Avropadan, Pribaltikadan, Əfqanıstandan, Suriyadan, Ermənistan kimi forpostları çıxmaq şərtilə, əksər keçmiş SSRİ respublikalarından da kəsilib və oralar Rusiya deyil! Necə ki, bir vaxtlar ayaq basdığı Türkiyə torpaqları da artıq çoxdan onun deyil! Ən yaxın tarixdə rus əsgərinin ayağı Qazaxıstana, nəhayət, Qarabağa da “sülhməramlı” adı altında dəymişdi. Ancaq Atatürkün zamanında İstanbulu işğal edənlərə dediyi kimi, gəldikləri kimi də getdilər - şələ-külələrini də götürüb çıxdılar, ayaqları buralardan kəsildi, özü də birəfəlik!

Odur ki, bütün bunların fonunda həm şimaldan, həm də cənubdan yırtıcı, geridə qalmış rejimlərin idarə etdiyi iki dövlətin arasında qalan Azərbaycanın sağ qalmasının, var olmasının yeganə yolu qardaş Türkiyə ilə bir olmaq, bu birliyi daha da dərinləşdirmək və gücləndirməkdir. Birliyimizə həm xaricdən, həm də daxildən uzanan əllər və dillər isə dibindən kəsilməlidir, rus əsgərinin Ukraynada qalan ayağı kimi…

Cəlal Məmmədli

“AzPolitika.info”    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri