Icma.az
close
up
RU
Rus kəşfiyyat təyyarəsinin qarşısı alındı GƏRGİNLİK

Rus kəşfiyyat təyyarəsinin qarşısı alındı GƏRGİNLİK

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Polşa hərbi təyyarələri Baltik dənizi üzərində Rusiyaya məxsus kəşfiyyat təyyarəsini qarşılayıb.

"Cebheinfo.az" xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının "X" platformasında bu barədə bildirilib. Açıqlamaya görə, Rusiyanın “İl-20” tipli kəşfiyyat təyyarəsi 28 oktyabr tarixində beynəlxalq hava məkanında uçuş planı bildirmədən və transponderi söndürülmüş şəkildə uçub.

Açıqlamada təyyarənin Polşa hava məkanını pozmadığına diqqət çəkilir:

“Polşa Hava Qüvvələrinə məxsus 2 MiG-29 döyüş təyyarəsi Baltik dənizi üzərində uçan Rusiyaya məxsus təyyarəni uğurla qarşılamış, vizual olaraq tanımış və məsuliyyət sahəsindən çıxana qədər ona müşayiət etmişdir” ifadəsi yer alıb.

Açıqlamada yüksək döyüş hazırlığı, pilotların peşəkarlığı və hava müdafiə sisteminin effektiv fəaliyyəti sayəsində əməliyyatın sürətli, təsirli və təhlükəsiz şəkildə həyata keçirildiyi vurğulanıb.

Avropa Birliyi son aylar Polşa, Rumıniya, Estoniya və Litvanın hava məkanlarının Rusiyanın dron və qırıcıları tərəfindən pozulması, Danimarkada isə kritik hərbi obyektlər, mülki hava limanları üzərində tanınmayan dronların görünməsi səbəbilə sərhəd müşahidə - müdafiə sistemlərini gücləndirməyə fokuslanıb.

Bu çərçivədə inkişaf etdirilən yeni dron müdafiə təşəbbüsləri hava məkanının qorunması və kəşfiyyat imkanlarının artırılmasını hədəfləyir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri