Rus ordusu sahil xəttinin 82 faizini ələ keçirib, lakin...
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya ordusu Ukrayna sahil xəttinin 82 faizini ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinin keçmiş müavini Andrey Rıjenko bildirib.
“Müharibənin əvvəlində Rusiyanın dənizdə üç əsas məqsədi var idi: desant çıxarmaq və ərazilərimizi ələ keçirmək, limanlarımıza gedən gəmiləri blokadaya almaq və Ukrayna ərazisinin dərinliklərinə raket zərbələri endirmək. İndi onlar bu üç vəzifədən bəlkə də birini, yarısını yerinə yetiriblər”, - deyə Rıjenko bildirib.
Onun sözlərinə görə, artıq düşmənin amfibiya əməliyyatları aparmaq qabiliyyəti faktiki olaraq aradan qaldırılıb:
“Düşmənin desant gəmiləri hətta digər hərbi gəmilər tərəfindən qorunduqda belə həssasdır. Onlar demək olar ki, heç vaxt sahilimizə çatmayacaqlar".
Rıjenko həmçinin qeyd edib ki, Rusiya dənizdən raket zərbələri endirmək üçün bir çox imkanlarını itirib.
Baxış sayı:51
Bu xəbər 29 Dekabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















