Rus ordusu yataqxana binasını vurub, ölənlər və yaralılar var
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya ordusu Ukraynanın Sumı vilayətinin Qluxova məntəqəsinə hücum edərək yataqxananı vurub. Nəticədə çoxlu sayda ölənlər və yaralılar var, o cümlədən uşaqlar.
Reyting.az xəbər verir ki, bu barədə Sumı vilayət administrasiyası məlumat yayıb.
Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirir ki, düşmənin Qluxovdakı yataqxanaya hücumu nəticəsində ölənlərin sayı biri uşaq olmaqla, on nəfərə çatıb. Üçü uşaq olmaqla 13 nəfər yaralanıb. Qismən dağılmış yataqxana binasının dağıntıları altında yəqin ki, üç nəfər var.
Sumı Regional Dövlət Administrasiyası fövqəladə işlərin davam etdiyini, sakinlərin hələ də dağıntılar altında ola biləcəyini bəyan edib.
Qeyd edək ki, Rusiya son günlər Ukraynaya qarşı hücumları artırıb. Noyabrın 17-də rus ordusu Sumıda çoxmərtəbəli binaya ballistik raket zərbəsi endirib. Bu atəş nəticəsində ikisi 9 və 14 yaşlı uşaq olmaqla 12 nəfər həlak olub.
Noyabrın 18-də isə ruslar “İskəndər” raketi ilə Odessanı vurub.
V. QULİYEV

Salyanda avtomobil kollektora düşdü, ölənlər və yaralılar var ölənlər və yaralılar var
29 Yanvar 2025 23:45
İsrail ordusu Tehranda yaşayış binasını vurdu Ölənlər var
13 İyun 2025 18:52
Rusiya Ukraynada yaşayış binasını vurdu ölənlər var
30 Yanvar 2025 15:37
Avtobus aşdı: Ölənlər və yaralılar var KONKRET
11 May 2025 12:33
Stadionda faciə: Ölənlər və ağır yaralılar var
05 İyun 2025 15:39

