Icma.az
close
up
RU
“Rus ordusunda alt paltarı və corab belə çatmır” “Körpüləri dağıda bilmirik, raket azdır...”

“Rus ordusunda alt paltarı və corab belə çatmır” “Körpüləri dağıda bilmirik, raket azdır...”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Vladimir Putin başda olmaqla Kreml və Rusiya hərbi rəhbərliyi hər nə qədər rus ordusunun “yüksək texnoloji səviyyəsindən”, cəbhədə irəliləməsindən, digər “analoqu olmayan” uğurlarından danışsa da, reallıqdakı vəziyyət xeyli fərqlidir. Artıq ordudakı acınacaqlı durumu Kremlə yaxın “Z-bloqerlər” və hərbi ekspertlər də etiraf etmək məcburiyyətindədirlər.

“AzPolitika” xəbər verir ki, ən tanınan rusiyalı hərbi ekspertlərədn biri olan Yuri Podolyaka internet kanallarının birinin efirində Rusiya ordusunun ciddi problemlərindən və bir çox sahələrdə biabırçı vəziyyətindən danışıb.

Podolayaka deyib ki, Rusiya hər nə qədər çalışsa da, Ukrayna ordusunun təchizatında mühüm rol oynayan böyük körpüləri dağıtmaq iqtidarında deyil: “Körpüləri dağıda bilmirik. Texniki olaraq bacarmırıq. Bu, məhdud dairələr üçün çoxdan məlum olan faktdır. Rumıniya tərəfdən Ukraynaya silah tədarük edilən Odessa vilayətindəki strateji körpünü dağıtmaq üçün onlarla raket atmışıq. Ancaq onu maksimum bir həftəlik sıradan çıxara bilmişik. Burada körpünün dayaqlarına dəqiq zərbələr vurmaq lazımdır. Bu isə asan deyil. Körpüyə 20 ədəd “İskəndər” raketi atsanız, ondan ikisi bəlkə də hədəfə çatar. Bu isə olduqca baha başa gələn yoldur. Əgər bir dəfəyə 20 “İskəndər” atsanız, sonra 10 gün bu raketləriniz olmayacaq. Onlarsa uzağı 10 günə həmin körpünü bərpa edəcəklər”. Bununla da Podolyaka təkcə Rusiya ordusunun, silahlarının texniki imkanlarının zəifliyini deyil, həm də raket arsenalının tükəndiyini etiraf edib. O mənada ki, raketlər birbaşa istehsaldan döyüşə atılır, lazımınca ehtiyat toplanmır. Buna görə qeyd edir ki, 20 “İskəndər” atılsa, 10 gün atmağa raket olmayacaq, gərək yeniləri istehsal olunsun.

Podolyaka həmin efirdə müharibədən qayıdacaq rusların cəmiyyət üçün yaratdığı təhlükədən də danışıb. O qeyd edib ki, xüsusilə kriminal keçmişi olan, həbsxanalardan orduya cəlb edilən şəxslər böyük problemlər yaradacaq.

Ordunun təminatına gəlincə, Podolyaka maraqlı ifşaedici faktlar səsləndirib: “Məni sarsıdan odur ki, 3 il yarımdır müharibə gedir, amma necə olur ki, biz hələ də ordunu mərkəzləşdirilmiş şəkildə alt paltarı və corabla təmin edə bilmirik? Bunu əsasən könüllü yardım göstərənlər təşkil edir. Bilmirdiniz? Bir hərbçi geyimi 6 ayda bir dəfə verilir. Onu da bir ay geymək olur. Sonra gərək pulla alasan. Bunu hamı bilir, nazir də o cümlədən. Amma heç nə edə bilmir. Belə şeylər çoxdur və bu məni real olaraq sarsıdır”.

Göründüyü kimi, Kremlin və Ukraynaya qarşı işğalın ən qatı tərəfdarları belə dilə gələrək, “dünyanın ikinci ordusu”nun acınacaqlı vəziyyətini etiraf etməyə məcburdurlar. Ukraynanı bu orduyla faktiki təkbətək qoyan Qərb liderləri isə Kiyevi dəstəkləmək əvəzinə hələ də öz riyakarlığı və qorxaqlığı ilə Putinin dəyirmanına su tökməklə məşğuldurlar…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri