Rus ordusunun 2 döyüş təyyarəsi məhv edilib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən "Savaşleyka" aerodromuna hücum həyata keçirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, 9 iyun gecəsi Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri digər müdafiə strukturları ilə birgə aerodroma zərbə endirib. Qeyd olunur ki, Rusiya bu aerodromdan Ukraynaya qarşı hücumlar üçün istifadə edir. Məhz buradan havaya qalxan "MiQ-31K" qırıcıları "Kinzal" aeroballist raketlərinin daşıyıcısıdır.
İlkin məlumatlara görə, hücum nəticəsində düşmənin iki ədəd aviasiya texnikası – ehtimal ki, "MiQ-31" və "Su-30" və ya "Su-34" tipli təyyarələr məhv edilib.
Ukrayna tərəfi əməliyyatın nəticələrinin dəqiqləşdirildiyini bildirib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 09 İyun 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















