Rus ordusunun Donetskdə irəliləyişi davam edir Daha bir ərazini işğal ediblər
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Donetsk vilayətində hərbi irəliləyişi davam edir.
"DeepState" analitiklərinin məlumatına görə, Rusiya ordusu Pokrovski rayonunda yerləşən Zatıçok kəndini işğal edib.
Eyni zamanda, rus hərbçiləri Donetsk vilayətində Konstantinovka istiqamətində və Çasovoy Yar yaxınlığında dörd digər yaşayış məntəqəsində də mövqelərini möhkəmləndirib. Rusların irəlilədiyi yerlər arasında Belitski, Novomarkovo, Diliyovka və Aleksandro-Kalinovo kəndləri də var.
Qeyd edək ki, bundan əvvəl Rusiya ordusu Donetsk vilayətinin Volnovax rayonundakı Novoxatske və Tolstoye kəndlərini işğal etmişdi.
"AzPolitika.info"

Rus ordusu daha 5 kv. km ərazini işğal etdi
05 Aprel 2025 20:18
Ruslar Donetskdə daha bir kəndi işğal etdi
01 İyul 2025 18:55
Rusiya Ukraynada daha bir ərazini İŞĞAL ETDİ
26 Dekabr 2024 18:35
Rusiya Ordusu daha bir ərazini işğal etdi
18 Fevral 2025 15:56
Rusiya ordusu Donetskdə daha bir kəndi işğal edib
16 İyul 2025 14:09

