Rus ordusunun son sutkadakı itkiləri açıqlandı SİYAHI
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 1230 rus hərbçisini öldürüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib.
Həmin siyahını təqdim edirik:
- Tank - 4 ədəd;
- Zirehli döyüş texnikası - 30 ədəd;
- Hava hücumundan müdafiə sistemləri –1 ədəd;
- PUA - 71 ədəd;
- Hərbi nəqliyyat vasitələri - 65 ədəd.
"AzPolitika.info"
