Icma.az
close
up
RU
“Rus pulu”nun qənimi dünyasını dəyişdi Prezident olmağa da çalışmışdı...

“Rus pulu”nun qənimi dünyasını dəyişdi Prezident olmağa da çalışmışdı...

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya bank sisteminin tanınmış siması, iqtisadçı və keçmiş siyasətçi Viktor Geraşenko 87 yaşında vəfat edib.

“AzPolitika” bildirir ki, bu barədə "Moskva" agentliyi ailəsinə istinadla məlumat yayıb. Onun ölümünü Dövlət Dumasının deputatı Oksana Dmitriyevaya istinadla “Kommersant” qəzeti də təsdiqləyib.

1937-ci il dekabrın 21-də anadan olan Viktor Geraşenko Rusiyada ölkənin əsas maliyyə qurumuna dörd dəfə rəhbərlik etmiş yeganə şəxs kimi tarixə düşüb – iki dəfə SSRİ Dövlət Bankının, iki dəfə isə Rusiya Bankının sədri olub. Peşəkar maliyyəçi olan Geraşenko uzun illər SSRİ-nin Xarici Ticarət Bankında, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərib. 1989-cu ilin avqustunda SSRİ Dövlət Bankının rəhbəri təyin olunub və 1991-ci ilin yanvarında keçirilən pul islahatına rəhbərlik edib. SSRİ-nin süqutundan sonra bank ləğv edildiyinə görə postunu tərk edib, lakin 1992-ci ilin iyulunda yenidən Rusiya Bankına rəhbərlik edib.

Geraşenko iqtisadi islahatlar və hiperinflyasiya dövründə bank sisteminə başçılıq edib. 1993-cü ilin yayında inflyasiyaya qarşı faktiki müsadirə xarakteri daşıyan növbəti pul islahatına rəhbərlik etmişdi. 1994-cü ilin oktyabrında istefaya göndərilib. 1998-ci ilin sentyabrında ölkədə baş vermiş defoltun ardından yenidən Mərkəzi Bankın sədri olub, lakin 2002-ci ilin martında bir daha istefa verib.

2003-cü ildə "Rodina" partiyasından Dövlət Dumasına deputat seçilib. Prezident seçkilərinə qatılmağa cəhd etsə də, qeydə alınmayıb. 2004-cü ilin iyununda Geraşenko, həbs olunan Mixail Xodorkovskinin yerinə YUKOS şirkətinin Direktorlar Şurasının sədri seçilib. O, hakimiyyətin təzyiqləri ilə üzləşən şirkətin fəaliyyətini qorumağa çalışsa da, YUKOS müflis elan edilib və əmlakının əksəriyyəti dövlətlə əlaqəli qurumlara keçib. Geraşenko bu proseslərə görə Rusiya hakimiyyətini kəskin tənqid edib.

2000-ci illərin sonunda Geraşenko müxalif liderlər Hari Kasparov, Mixail Kasyanov və Eduard Limonovun rəhbərlik etdiyi “Başqa Rusiya” müxalifət koalisiyası ilə əməkdaşlıq edib. 2008-ci il prezident seçkilərində namizədliyini irəli sürmək istəsə də, heç bir qanuni partiya onu namizəd kimi irəli sürmədiyindən bu mümkün olmayıb. Koalisiyanın dağılmasından sonra isə siyasətdən tamamilə uzaqlaşıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri