Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Rus qadın Bakıda, “Araz”da satıcını buna məcbur etdi...

Rus qadın Bakıda, “Araz”da satıcını buna məcbur etdi...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Araz” mağazasında satıcı qadının məndən öncəki xanıma “Paket lazımdırmı” sualını təkrarlaması diqqətimi çəkdi: xanım cavab vermirdi, aldığı məhsulları da yığmırdı, nəsə çantasında eşələnməklə məşğul idi.

Mənzərə diqqətimi çəkdi, zatən, başqa çarəm də yox – onsuz da önümdəkinin yola salınmasını gözləməli idim.

Satıcı qız 3-cü dəfə eyni sualı verdi, qadın dodaqları altında nəsə mızıldansa da, yenə özünü “laqeyd” kimi göstərdi və onun artıq aktyorluq etdiyinə qəti şübhə etmədim: aldığın məhsullar vurulubmu; satıcı qız üzünü sənə tutub 3-cü dəfə nəsə soruşurmu? Niyə reaksiyan yoxdur?

Yalnız 4-cü dəfədə “Ya vas ne ponimayu” sözlərini işlətdi. Satıcı yenə təkrarlayıb, eyni cavabı alandan sonra ruscaya keçdi və yalnız bu zaman qadın süni təbəssümlə paketə ehtiyacı olmadığını bildirdi, ödəniş etmək istəyini ifadə etdi - əlbəttə ki, rusca, sanki rus dilində ünsiyyətin məmnunluğunu göstərmək istəyirdi.

Hər gün alver etdiyim mağazadır, satıcı qızı tanıyıram: gəncdir, yüksək mədəniyyəti var, ruscası da mükəmməl imiş, xırdaca aksent-ləhcə belə yoxdur.

Qadına çevrilib, diqqətlə, bir az da əsəbi halda üzünə zillənirəm: nümayişkaranə izləyirəm, istəyirəm qadın nəzərlərimi üstündə hiss edib, niyə marıtladığımı soruşsun və mən də ona azərbaycanca layiq olduğu bəzi sözləri deyim!

Yaşı 70-in üstündə olan, Bakıda doğulub-yaşadığı aşkar görünən bu qadının azərbaycanca çox yaxşı bildiyini onun satıcı qızın verdiyi ikinci suala refleksindən hiss etmişdim. Dördüncü dəfə soruşulanda “Ya vas ne ponimayu” cavabının da saxta olduğu üz cizgisindən çox aydın görünürdü. Sadəcə, bu qadın satıcı qızı rusca danışmağa məcbur etmək üçün rol oynayırdı.

Qonaqsa-turistsə, ona tərcüməçiliyi sevə-sevə özüm edərdim! Ancaq sən 70 ildən çox yaşadığın ölkənin dilini necə bilməyə bilərsən? Doğrudanmı azərbaycanca başa düşmürsən? Niyə yalan danışırsan?

Sən sadəcə azərbaycanca danışmaq, başa düşmək istəmirsən! Sən bu dilə nifrət edirsən! Sən səni göz üstə saxlayan, sən avtobusa, metroya minəndə ayağa qalxıb, öz yerini sənə verən və sənin oturmağına yardım edən millətə nifrət edirsən – hansı ki, Rusiyada səni kimi qocaları gənc oğlan və qızlar heç nələrinəsə alıb, metroda-avtobusda ayağa qalxmırlar!

Məni saxlamaq olar? Bir az uca səslə satıcıya sözümü dedim, o qadın da diqqətlə dinləyəsi oldu: ən azı çalışdım satıcı balamıza izah edim ki, ruscanı bu cür mükəmməl bilməsi çox gözəldir, Tolstoyun, Dostoyevskinin dilini öyrənərlər, elə Putinin də dilini bilmək gərəkdir, ancaq rusdilli olduğunu nümayiş etdirən yaşlı Azərbaycan vətəndaşının özünü yaramazlığa qoyaraq, səni rusca danışmağa məcbur etməsinə imkan verməməlisən.

Niyə “rusdilli” yazdım? Rus qonşuların əhatəsində böyüyən şəxs kimi onları yaxşı tanıyıram və hörmət də edirəm. Azərbaycan dilinə bu qədər nifrət edən rus yadıma gəlmir. “Araz”da gördüyüm o qadının erməni qatı mütləq var. Ya da Yekaterinqburqdan sonra bir şeylər olur, mən bilmirəm!

Rusiyada heç bir azərbaycanlı mağazada satıcını azərbaycanca danışmağa məcbur edə bilməz, ona sadəcə məhsul satmazlar. Bu, yalnız Rusiya vətəndaşı olan azərbaycanlıya aid deyil, elə azərbaycanlı turistə də aiddir!

Bakıda Azərbaycan vətəndaşı olan şəxs satıcını başqa dildə danışmağa niyə və necə vadar edə bilər ki?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri