Icma.az
close
up
RU
Rus rublu ucuzlaşır Uğursuz İstanbul danışıqları birjaya mənfi təsir edir

Rus rublu ucuzlaşır Uğursuz İstanbul danışıqları birjaya mənfi təsir edir

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynadakı işğalçılıq müharibəsi Rusiya iqtisadiyyatını silkələməkdə davam edir.

"AzPolitika” xəbər verir ki, “The Moscow Times”-ın yazdığına görə, İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdıqdan sonra Rusiya rublu Moskva birjasında və Forex-də ucuzlaşıb.

Birjadankənar bazarda dolların məzənnəsi son üç həftə ərzində ilk dəfə 79 rubldan yuxarı qalxaraq 79,55-ə (+1,5%) satılıb. Avro 93,5 rubla yüksələrək son 11 həftənin ən yüksək səviyyəsinə çatıb.

Freedom Finance Global-ın aparıcı analitiki Natalya Milçakova bununla bağlı deyib: “Birja oyunçuları bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun formal xarakterindən məyusdurlar”.

Moskva və Kiyev nümayəndə heyətlərinin üçüncü görüşü cəmi 40 dəqiqə davam edib və nəticədə tərəflər yalnız əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinin davam etdirilməsi, həmçinin onlayn formatda işçi qrupların formalaşdırılması barədə razılığa gəliblər. Ukrayna Putin və Zelenski arasında zirvə görüşünün keçirilməsində israr etsə də, Kreml bunun hələ çox uzaqda olduğunu söylədi.

Rusiya fond bazarı da uğursuz danışıqlar fonunda “ümidsizliyə qapılıb”. Rusiyanın 40-a yaxın ən böyük şirkətinin qiymətli kağızlarını özündə birləşdirən Moskva Birjası indeksi kapitallaşma baxımından 60 milyard rubl itirərək 1% azalıb. Qazprom 1,2%, Sberbank 0,94% ucuzlaşıb. PSB analitikləri yazır ki, investorlar sabah Rusiya Federasiyası Mərkəzi Bankının əsas məzənnəni kəskin şəkildə - 20%-dən 18%-ə endirəcəyi gözləntisi ilə rubllarını satır və valyuta alırlar. Onların proqnozuna görə, ilin sonuna qədər rubl azı 10% zəifləyəcək.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 İyul 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri