Rus vandalizmi XXI əsrdə: Türk liderin heykəli sökülür
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Moskva başqırd irsini məhv etməkdə davam edir.
Kulis.az xəbər verir ki, Ufada başqırdların hüquqları uğrunda mübarizə aparan ilk Başqırd Respublikasının qurucusu Əhməd Zəki Validinin şəkli tarixi binalardan birinin fasadından çıxarılaraq reklamla əvəz edilib.
Bundan əvvəl isə onun Sankt-Peterburq və Sibaydakı büstləri götürülüb, xatirə lövhələri yoxa çıxıb.
İndi daha bir milli simvolun məhv edilməsi - Salavat Yulayevin abidəsinin sökülməsi planlaşdırılır. Heykəlin 2027-ci ilə qədər geri qaytarılacağı vəd edilir, lakin başqırdlar buna inanmırlar.
Bundan əlavə, abidənin yerləşdiyi təpənin zirvəsindən 4 metr torpaq qatının kəsilməsi planlaşdırılır, bu isə başqa bir mədəni-irsə təhlükə yaradır.
Qeyd edək ki, Yulayev başqırd xalq qəhrəmanı, el şairidir və o, çar rejiminə qarşı üsyanların rəhbərlərindən biri olub.
"Psixologiyamız “qonşudan qalma geri ” olduğu üçün... " - İllərlə çalışan müəllimlər niyə imtahandan kəsilir? Balıqçılar - Nadir Yalçının hekayəsi Natəvan Dəmirçioğlunun təqdimatında: "Mətbuat : İlkin xəbərləmədən süni zəkaya"
Baxış sayı:103
Bu xəbər 02 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















