Icma.az
close
up
RU
RUSDAN ÇOX RUS OAN MANQURTLARA...

RUSDAN ÇOX RUS OAN MANQURTLARA...

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

25 dekabr 2024-cü il tarixdə Bakı-Qroznı reysini həyata keçirən Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznı səmasında Rusiyanın “Pantsir” Hava Hücumundan Müdafiə sisteminin hücumuna məruz qalması, təyyarənin vurulmasından sonra onun Qroznı ərazisinə enişinin qarşısının alınması və Aktau limanına məcburi kurs götürən təyyarəmizin həmin ərazidə qəzaya uğraması nəticəsində xeyli sayda sərnişinimizin faciəli şəkildə həlak olması faktı Rusiyanın xalqımıza qarşı həyata keçirdiyi bəşəri cinayətlər sırasına daxil olmalıdır.

Bu gün Azərbaycanda hələ də rus sevdası ilə yaşayanlar, övladlarını rus dilli məktəblərdə oxutmqdan fəxr duyanlar, evlərdə, təşkilatlarda rus dilində danışmağı üstünlük bilənlər gərək bu və bundan əvvəl Rusiyanın xalqımzın başına gətirdiyi fəlakətlərdən nəticə çıxarsınlar. Tarixi, milli yaddaşı korşalmış, mənəviyyatı deqradasiyaya uğramış, dünəninə unutqan, bugününə etinasız, gələcəyinə biganə bu tiplərin bir gün ayılma şansı varsa, Rusiyanın xalqımızın başına gətirdiyi müsibətlərdən nəticə çxarmaq haqqında götür-qoy etməlidir.

Rusiya imperiya olaraq tarix səhnəsinə daxil olduğu gündən onun yaxın və uzaq ölkələrə qarşı yeritdiyi ekspansionist, işğalçı, ilhaqçı və müstəmləkə siyasəti qabarıq şəkildə özünü göstərmiş və bu alçaq siyasət imperiya hüdudlarına zorən daxil etdiyi xalqları əzmək, parçalamaq, etnik varlığını bitirmək, dilini, mədəniyyətini assimilyasiyaya uğratmaq alətinə çevrilmişdir.

Rusiyanın xalqımıza qarşı törətdiyi silsilə cinayətlərə xronoloji baxış bu dövlətin iki yüz il ərzində Azərbaycana qarşı olan qəddar, müstəmləkəçi, “parçala, hökm sür” siyasətini izləməyə imkan verir. Bütöv bir xalqı ikiyə bölən, bir-birindən aralı salan, iki yüz ildən çox zaman kəsiyində o taylı-bu taylı həsrəti yaşadan, vəhdətimizi pozan, güneyini fars rejiminin, quzeyini rus rejiminin qanlı caynağında boğan məhz dişi qanlı Rusiya olmuş.

Parçalayandan sonra ağalıq etdiyi quzeyində erməni kütləsini hər dərədən yığıb münbit torpaqlarımızda yerləşdirən, sonra onlara tarixi ərazilərimizdə Ermənistan adlı başabəla dövlət yaradan, bunlarla da kifayətlənməyib, qondarma, xüsusisi statuslu "Dağlıq Qarabağ Vilayəti" yaradan, Zəngəzuru ermənilərə bəxş etməklə türk dünyasını bir birindən aralı salan da Rusiya olmuş.

Rusiya müsəlman şərqində, türk dünyasında ilk dəfə Azərbaycanda qurulan cümhuriyyətimizi devirmiş, yerində dilimizin, millətimizin, soylu mədəniyyətimizin, milli kimliyimizin inkarına duran bolşevik-kommunist rejimini qurmuşdur. Bolşevik-daşnaq cütlüyü əl-ələ verərək, lənətə gəlmiş Lenin siyasətindən güc alaraq, onminlərlə soydaşımızın qətliamına səbəb olan 31 mart qırğınını törətmişdir.

Çar Rusiyasının xalqımıza qarşı mənfur siyasəti kommunist Rusiyası tərəfindən daha iyrənc, daha amasız formada davam etdirilmişdir. Onminlərlə insanımız, xalqın düşünən beyinləri, aydınlarımız, milli ruhlu yazıçı, şair, alimimiz Stalin repressiyasının qurbanına çevrilmiş, onların yaxınları, doğmaları ya məhv edilmiş, ya da sürgünlərə göndərilmiş. Türk adından xoflanan Kreml yönətimi millətimizin adını sıradan çıxarmış, türk adına nə varsa tarix səhnəsindən silinməsinə çalışmış.

Sovet pərdəsinə bürünmüş şovinist Rusiyasının növbəti alçaq, yaramaz, antbəşəri addımı 1948-1953 cü illərdə, daha sonra isə 1980-ci illərdə yüz minlərlə soydaşımızı tarixi əraziləri, qədim yurd yerləri olan dədə-baba ocaqlarından deportasiya etmək, onları Azərbaycanın insan üçün yararsız, xəstəlik mənbəyi olan yerlərdə zorən məskunlaşdırmaq oldu.

Kommunist rəhbərliyinin sonrakı vəhşiliyi 20 yanvar qırğınında özünü göstərdi. Ermənilərin tarixi ərazilərimizə iddiadan doğan torpaq tələblərinə qarşı səfərbər olan, kütləvi mitinqlərlə etirazını bildirən xalqımızı susdurmaq, gözünü qorxutmaq, azadlıq, istiqlal istəklərini yerindəcə boğmaq məqsədi ilə məhz 20 yanvar gecəsi rus-erməni hərbi birləşmələrindən ibarət qoşunlar yeridildi və tarixin ən alçaq cinayətlərindən biri qeydə düşdü.

İyirminci əsrin Xocalı soyqırımı “qardaşlıq ölkəsi” adlanan sovet hakimiyyətinin erməni əliylə törətdiyi dəhşətli bir qırğın idi. Həmin günü dünya erməni alçaqlığının, bu alçaqlığın baş müəllifi Rusiyanın vəhşiliyinin şahidi oldu.

Sonrakı dövrdə baş verənlər, aranlı-dağlı Qarabağımızın rus himayəçiliyi ilə ermənilər tərəfindən işğal edilməsi, 30 il ərzində bu ərazilərin yağmalanması, milli sərvətimizin, mədəniyyət abidələrimizin məhv edilməsi, gözəl, tarixi şəhərlərimizin, kəndlərimizin yer üzündən silinməsi faktı təkcə bir ovuc erməni vəhşilərin işi deyildi. Bu işğalın, ilhaqın, təcavüzün arxasında erməni himayədarı Rusiyanın durması heç kəsə sirr deyildi. 

Əlbəttə, imperialist Rusiyasının ölkəmizə qarşı etdiyi tarixi ədalətsizlikləri, onun insanlıqla bir araya sığmayan qəddar, amansız siyasətini, antimilli, antibəşəri xislətini, bütövlüyümüzə, birliyimizə yönəlik hiyləgər addımlarını, türklüyə, türk dünyasına olan nifrətini bir yazıda ifadə etmək mümkün deyil. Biz sadəcə olaraq bu yazıda ölkəmizdə rusdan çox rus olmaq istəyən, öz dilindən çox rus dilinin üstünlüyünə korkoranə inanan, dostunu, düşmənini tanımayan, qardaş Türkiyəyə arxa çevirib, qatili Rusiyaya qucaq açan ünsürlərə anlatmaq istədik ki, bu qədər manqurdluğa, yaddaşsızlığa aramızda yer yoxdur.

Azərbaycanın bundan sonrakı siyasəti onun ərazi bütövlüyünə, müstəqilliyinə, suveren hüquqlarına qarşı istənilən dövlət tərəfindən uzanan xain əlin kəsilməsi, bütün qonşularla, o cümlədən Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən ikitərəfli münasibətlərin davam etdirilməsi olmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Yanvar 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri