Rusiya 152 ton məhsulu Azərbaycana qaytartdı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
"Rosselxoznadzor"un Dağıstan üzrə idarəsinin mütəxəssisləri Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub.
Yenisabah.az “Moskovski Komsolets”ə istinadla xəbər verir ki, söhbət ümumən 152 ton olan bitki məhsullarının 9 partiyasından gedir.
“Yaraq-Kazmalyar” və “Tağırkənt-Kazmalyar” beynəlxalq nəzarət-buraxılış məntəqələrində sənədlərə baxış zamanı Azərbaycandan etibarsız fitosanitar sertifikatı olan məhsulların gətirildiyi aşkar edilib.
Məhsullar ixracatçı ölkəyə qaytarılıb.
Bundan başqa, “Viaduk” gömrük-logistika terminalında aparılan təkrar yoxlama zamanı Azərbaycandan daxil olan 18 partiyada ümumi çəkisi 400 tondan çox olan pomidor, kartof və almada zərərvericilər aşkar edilib.
Çirklənmiş məhsullar dezinfeksiyaya göndərilib və təkrar yoxlamadan sonra sərbəst dövriyyəyə buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 30 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















