Rusiya 3 ölkə ilə hərbi müqavilələri dayandırdı
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Rusiya Kanada, Fransa və Portuqaliya ilə hərbi müqavilələrə xitam verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin fərman imzalayıb.
Söhbət üç sazişə aiddir: 1989-cu il noyabrın 20-də Moskvada imzalanmış SSRİ ilə Kanada arasında hərbi səfərlər haqqında, 1994-cü il fevralın 4-də imzalanmış Rusiya ilə Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında və 2000-ci il avqustun 4-də imzalanmış Rusiya ilə Portuqaliya arasında hərbi əməkdaşlıq haqqında.
Yayda Rusiya Almaniya ilə 1996-cı il iyunun 14-də Moskvada imzalanmış hərbi-texniki əməkdaşlıq sazişindən çıxdı. Rusiya Xarici İşlər Nazirliyi izah etdi ki, hazırkı şəraitdə bu sənəd öz mənasını və praktiki əhəmiyyətini itirib və Rusiya-Almaniya dövlətlərarası münasibətlərinin hazırkı vəziyyəti ilə tamamilə bir araya sığmır.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 06 Dekabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















