Rusiya 75 hava limanını modernləşdiriləcək
Icma.az, Sfera.az portalına istinadən məlumat verir.
Rusiya 2030-cu ilə qədər ən azı 75 hava limanını modernləşdirməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bunu Baş nazir Mixail Mişustin Blaqoveşensk Beynəlxalq Hava Limanında yeni terminalın tikinti sahəsinə səfəri zamanı deyib.
"Rusiyanın regionları arasında əlaqə prioritet məsələlərdəndir. Ona görə də biz ölkə üzrə hava limanı və aerodrom infrastrukturunun genişmiqyaslı yenidən qurulmasını həyata keçiririk. Bu ilin əvvəlindən dörd yeni terminal - Novokuznetsk, Tümen, Petropavlovsk-Kamçatski və Mineralnıye Vodi istifadəyə verilib və artıq uçuşlar həyata keçirilir. 2030-cu ilə qədər Rusiyanın ən azı 75 hava limanı modernləşdiriləcək. Rusiyanın Uzaq Şərqinin demək olar ki, bütün regionları bu proqrama daxildir”, - Mişustin bildirib.
O qeyd edib ki, son 6 ildə 20-yə yaxın aerodrom obyekti təkmilləşdirilib, növbəti 5 il ərzində 20-dən çox əlavə təkmilləşdirilməsi planlaşdırılır. Mişustin bu səylərdə özəl investisiyaların da rolunu vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 İyul 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















