Icma.az
close
up
RU
Rusiya ABŞ dan qeyri rəsmi şəkildə bütün Donbası tələb etdiyini təsdiqlədi Reuters

Rusiya ABŞ dan qeyri rəsmi şəkildə bütün Donbası tələb etdiyini təsdiqlədi Reuters

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Rusiya ABŞ-a göndərdiyi qeyri-rəsmi sənəddə Ukrayna ilə sülh razılaşması üçün əvvəlki şərtlərini yenidən təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu haqda "Reuters”ə vəziyyətlə tanış olan iki amerikalı rəsmidən biri bildirib

Onların sözlərinə görə, "qeyri-rəsmi sənəd” (diplomatik dildə bu termin bir tərəfin mövqeyini digərinə çatdırmaq məqsədilə yazılan, rəsmi status daşımayan sənədi ifadə edir) Rusiya tərəfindən ABŞ-a son günlərdə təqdim olunub.

Sənəddə Rusiyanın bütün Ukrayna Donbasını öz nəzarəti altına almaq tələbi bir daha vurğulanıb. Rəsmilərdən birinin sözlərinə görə, bu tələb ABŞ prezidenti Donald Trampın "döyüş xəttinin hazırkı vəziyyətdə dondurulması” ideyasına ziddir.

Rusiya, həmçinin, hər hansı sülh sazişi çərçivəsində NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməməsi mövqeyini də bir daha təsdiqləyib.

Bu məlumat Tramp və Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşün ləğvi fonunda yayılıb.

Ağ Ev rəsmisi "Reuters”ə bildirib ki, belə bir görüşün "yaxın gələcəkdə keçirilməsi planlaşdırılmır”.

Kommünikedə həmçinin vurğulanır ki, Rusiya Ukraynaya qarşı maksimalist tələblərini qoruyub saxlayır.

Ağ Ev bu sənədlə bağlı şərh verməkdən imtina edərək Trampın bəyanatına istinad edib. ABŞ prezidenti həmin bəyanatda bildirmişdi ki, o, sammit barədə hələ qərar verməyib, lakin görüşün "mənasız” olmasını istəmir. Tramp əlavə edib ki, atəşkəsin hazırkı cəbhə xəttində mümkün olduğunu düşünür.

Qeyd edək ki, ABŞ rəsmiləri Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi görüşdə Kreml tərəfindən təklif olunan planı təqdim ediblər. Bu plana görə, Donbas Rusiyaya verilir, əvəzində isə Ukrayna Zaporoje və Xerson vilayətlərinin kiçik hissələrini saxlayır.

Zelenski bu planı qəti şəkildə rədd edib, bundan sonra Tramp mövcud cəbhə xəttinin dondurulması təklifini ictimai şəkildə səsləndirib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri