Rusiya: ABŞ ilə münasibətlər zamanı milli maraqlarımızdan çıxış edəcəyik
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ ilə təmaslarda milli maraqlardan çıxış edəcəklərini bildirib.
Bakıvaxtı.az Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, Lavrov Qazaxıstanın Almatı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
Lavrov görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Ukrayna böhranından danışan Lavrov vurğulayıb ki, bu böhran ancaq onun əsas səbəblərini aradan qaldırmaqla həll edilə bilər.
ABŞ prezidenti Donald Trampın Ukrayna probleminin həllində maraqlı olduğunu bildirən Lavrov qeyd edib:
"Biz görürük ki, Avropa ölkələri, o cümlədən, Böyük Britaniya mövcud vəziyyətin əsas səbəblərini tamamilə görməzlikdən gəlir, lakin ABŞ problemin mahiyyətini anlamaq istəyir. Tramp dəfələrlə deyib ki, Ukraynanın NATO-ya daxil olması səhv olub. Amerikalılar başa düşürlər ki, Ukrayna prezidenti Vladimir Zelenskinin istədiyi kimi 1991-ci il sərhədlərinə qayıtmaq mümkün deyil".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 11 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















