Rusiya ABŞ ilə nüvə silahlarında plutoniumunun utilizasiyası barədə razılaşmanı ləğv edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Duması Rusiya ilə ABŞ arasında nüvə plutoniumunun utilizasiyası barədə razılaşmanın ləğv olunması haqqında qanun layihəsini qəbul edib.
APA xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Razılaşmanın şərtlərinə görə, hər iki ölkə nüvə raketlərinin "içliyindən" 34 ton plutoniumu utilizasiya edəcəkdi. O vaxt bu içlik hərbi məqsədlər üçün artıq sayılırdı. Bundan əlavə, razılaşmaya aid bir sıra protokollar da ləğv ediləcək.
Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov vurğulayıb ki, "Rusiya üçün ABŞ ilə plutonium barədə razılaşmanın öhdəliklərinin saxlanması qəbuledilməzdir".
Açıqlamada bildirilib ki, razılaşmanın ləğv olunması "ABŞ-ın hərəkətləri" səbəbindən baş verib. Dövlət Dumasının beynəlxalq işlər komitəsində qanun layihəsinin məqsədi kimi Rusiya milli təhlükəsizliyinə təhlükələrin qarşısını almaq göstərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Oktyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















