Rusiya ABŞ ın İrana qarşı təhdidlərini yersiz hesab edir
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bunu “International Affairs” jurnalına müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Həqiqətən də hədələr və ultimatumlar eşidirik. Biz belə üsulları yersiz hesab edirik, pisləyirik, bunu İran tərəfinə öz iradəsini göstərmək üçün qəbuledlməz bir yol hesab edirik", - deyə Ryabkov bildirib.
Onun sözlərinə görə, bu, vəziyyəti çətinləşdirə və onsuz da kifayət qədər yüksək gərginlik yaşanan Yaxın Şərqdə başqa bir gərginlik ocağının və Allah eləməsin, münaqişə, açıq müharibə təhlükəsini yumşaltmaq baxımından gələcəkdə dəfələrlə daha böyük çətinliklər yarada biləcək təsirlərə səbəb ola bilər. “Biz tərəflərə alternativ yol - danışıqlar təklif edirik”, - deyə baş diplomat qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 01 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















