Icma.az
close
up
RU
Rusiya ABŞ ın İranın nüvə obyektlərinə raket zərbələrini pisləyib

Rusiya ABŞ ın İranın nüvə obyektlərinə raket zərbələrini pisləyib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya İsrailin İran İslam Respublikasına hücumundan sonra iyunun 22-də səhər ABŞ-ın İrandakı bir sıra nüvə obyektlərinə zərbələr endirməsini qətiyyətlə pisləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Rusiya XİN ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

“Hansı arqumentlərdən istifadə olunmasından asılı olmayaraq, suveren dövlətin ərazisinin raket və bomba zərbələrinə məruz qalmasına dair məsuliyyətsiz qərar beynəlxalq hüququn, BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının əvvəllər bu cür hərəkətləri birmənalı olaraq qəbuledilməz kimi qiymətləndirən qətnamələrinin kobud şəkildə pozulmasıdır. Zərbələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkə tərəfindən həyata keçirilməsi xüsusilə təşviş doğurur.

Bu hərəkətin nəticələri, o cümlədən radioloji, hələ qiymətləndirilməlidir. Lakin artıq aydındır ki, regional və qlobal təhlükəsizliyə daha da xələl gətirən təhlükəli eskalasiya başlayıb. Artıq çoxsaylı böhranlara məruz qalmış Yaxın Şərqdə münaqişənin genişlənməsi riski xeyli artıb.

İranın nüvə obyektlərinə edilən hücumların Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsaslanan qlobal yayılmama rejiminə vurduğu zərər xüsusi narahatlıq doğurur. İrana endirilən zərbələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsinoin səlahiyyətlərinə və ona əsaslanan Atom Enerjisi üzrə Beynəxalq Agentliyin (AEBA) yoxlama və monitorinq sisteminə böyük ziyan vurub.

Biz AEBA rəhbərliyindən tələsik ifadələr və siyasi “bərabər məsafə” arxasında gizlənmək cəhdləri olmadan operativ peşəkar və dürüst reaksiya gözləyirik. AEBA-nın baş direktorunun obyektiv hesabatı Agentliyin yaxın vaxtlarda keçirilməsi planlaşdırılan xüsusi sessiyasında baxılması üçün lazımdır.

Əlbəttə ki, BMT Təhlükəsizlik Şurası da cavab verməlidir. ABŞ və İsrailin ziddiyyətli hərəkətlərini kollektiv şəkildə rədd etmək lazımdır. Biz təcavüzə son qoymağa və vəziyyəti siyasi və diplomatik müstəviyə qaytarmaqdan ötrü şərait yaratmaq üçün səyləri artırmağa çağırırıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 İyun 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri