Rusiya ABŞdə dezinformasiyanı artırmaqda ittiham edilir
Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Trampın yanvarda Ağ Evə qayıtması ərəfəsində Rusiya Ukraynaya dəstəyi ABŞ ərazisində sabotaj etmək məqsədi daşıyan dezinformasiyanın yayılmasını artırır.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yazır.
Nəşr iddia edir ki, Moskva Ukraynadakı münaqişə və yeni seçilmiş prezident Tramp haqqında istədiyi rəvayətləri təbliğ etmək üçün saxta internet saytları və sosial media hesablarından istifadə edir.
“Analitiklər hesab edirlər ki, amerikalı auditoriya üçün ingilis dilinə tərcümə edilmiş kontent ABŞ-nin Ukraynaya hərbi yardımını kəsmək və Rusiyanın qələbəsini təmin etmək ümidi ilə həlledici anda amerikalıları Ukraynaya qarşı yönəltmək üçün hazırlanıb”, - agentlik yazır.
Mətndə deyilir ki, Rusiya amerikalıları parçalamaq və ukraynalıları etibarsız, vicdansız müttəfiqlər kimi göstərmək istəyir.
Baxış sayı:82
Bu xəbər 07 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















