Icma.az
close
up
RU
Rusiya ABŞın raketdən müdafiə bazasını vuracaq? Ağ Ev təhdidə cavab verdi

Rusiya ABŞın raketdən müdafiə bazasını vuracaq? Ağ Ev təhdidə cavab verdi

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Rusiyanın Polşanın Redzikovo şəhərində yeni raket əleyhinə müdafiə bazasına zərbə endirmək təhdidlərini ciddi qəbul edir.

Turkustan.az xəbər verir ki, bunu noyabrın 25-də keçirdiyi brifinqdə Ağ Evin milli təhlükəsizlik üzrə kommunikasiyalara dair müşaviri Con Kirbi deyib.

"Bu kimi təhdidlər ciddi qəbul edilməlidir və biz də edirik. Nə qədər ehtiyatsız və məsuliyyətsiz olsalar da, biz onları ciddi qəbul edirik”, - Kirbi bildirib.

Eyni zamanda Kirbi qeyd edib ki, ABŞ prezidenti Co Bayden "sarsılmazdır”.

Onun sözlərinə görə, ABŞ Amerika qoşunlarının Avropa qitəsində təhlükəsiz olmasını təmin etmək üçün əlindən gələni edəcək.

"Və ən vacibi odur ki, biz NATO müttəfiqlərimiz qarşısında 5-ci maddə üzrə öhdəliklərimizi çox ciddi qəbul edirik. Bu sarsılmazdır və dəyişməyəcək”, – Ağ Evin müşaviri əlavə edib.

Xatırladaq ki, noyabrın 13-də ABŞ Polşanın şimalında yeni raket əleyhinə müdafiə bazasını açıb. ABŞ bazası NATO-nun Aegis Ashore adlı daha geniş raketdən müdafiə sisteminin bir hissəsidir və alyansın fikrincə, qısa və orta mənzilli ballistik raketləri ələ keçirə bilər.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun raket əleyhinə müdafiə bazasının Polşada yerləşdirilməsinin "daha bir açıq təxribatçı addım” olduğunu bildirib. O, həmçinin bu bazanın Rusiya Federasiyasının "prioritet məqsədlərindən biri” olduğunu iddia edib.

Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Pavel Vronski isə cavab olaraq raket əleyhinə bazanın sırf müdafiə xarakteri daşıdığını və ballistik raketlərlə mübarizə üçün nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya təhdid etməyə davam edərsə, ABŞ və NATO bütün şərq cinahının hava hücumundan müdafiəsini gücləndirməyə məcbur olacaq. /Qaynarinfo/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri