Icma.az
close
up
RU
Rusiya ABŞnin Polşadakı bazasını vura biləcəyi ilə

Rusiya ABŞnin Polşadakı bazasını vura biləcəyi ilə

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktoru Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə belə deyib.
“Bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sahədə dərin sabitliyi pozan bir sıra hərəkətlərində növbəti açıq təxribatçı addımdır. Bu addım NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması kimi uzunmüddətli dağıdıcı təcrübəyə uyğundur.
Bu, obyektiv olaraq strateji sabitliyin pozulmasına gətirib çıxarır və hərbi-siyasi, hərbi-texniki xarakterli digər zərərli tədbirlərlə yanaşı, Rusiyaya və bəzi digər nüvə güclərinə sərt təzyiq göstərmək üçün Amerika gücünü ABŞ-nin milli ərazisindən minlərlə kilometr kənara çıxarmaq məqsədi daşıyır. Belə siyasət təbii ki, strateji risklərin artmasına və nəticədə nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına gətirib çıxarır”, - Mariya Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı yaranan təhdidlərə tam məhəl qoymadan, demək olar ki, on ilə yaxın davam edən Amerika-NATO uzunmüddətli əməkdaşlığı bütün bu dövrdə, ilk növbədə, əvvəlcədən kompensasiya əks-tədbirlərinin hazırlanması baxımından Rusiyanın ən çox diqqət mərkəzində olan amildir.
- Qərbin bu növ hərbi qurğularından yaranan təhlükə səviyyəsinin xarakterini nəzərə alaraq, Polşadakı raketdən müdafiə bazası çoxdan məhv üçün potensial prioritet hədəflər siyahısına əlavə edilib ki, bu da lazım gələrsə, geniş spektrli ən son silahlarla silahlarla təmin oluna bilər”, - rusiyalı diplomat hədələyib.
NATO qüvvələrinin Ukraynada görünməsi isə bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə girməsi demək olacaq. Bu kontekstdə Mariya Zaxarova Estoniyanın Xarici İşlər naziri Marqus Tsahknanın Avropa ölkələrinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsinin zəruriliyi ilə bağlı bəyanatından təəccübləndiyini gizlətməyib: “Başa düşmürəm, onlar necə anlamırlar ki, NATO kontingentinin Ukrayna ərazisində peyda olması alyansın ölkəmizə qarşı müharibəyə girməsi demək olacaq. Biz bu barədə onlara artıq bir neçə dəfə demişik. Ççünki bu, təkcə Avropa üçün deyil, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxarır”.
Mariya Zaxarova bu bəyanatla Estoniyanın Xarici İşlər nazirini alyansın qalan üzvlərini uğursuzluğa məhkum olan macəraya qatılmağa təhrik etməkdə günahlandırıb.
- Mən görürəm ki, indi həmin NATO ölkələri Ukrayna vətəndaşlarının cəsədləri hesabına gərginliyi dəstəkləyirlər. Bax bu işdə onlar ustalaşıblar. Estoniya və faktiki olaraq digər Baltikyanı rejimlər Şimali Atlantika blokunun radikal qanadına aiddir və daima ölkəmizlə bağlı aqressiv, təxribat xarakterli, döyüşkən bəyanatlarla, yeri gəlmişkən, bu cür açıq millətçilik çalarları ilə seçilirlər”, - Rusiya Xarici İşlər nazirliyinin rəsmisi bildirib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri