Icma.az
close
up
RU
Rusiya Aİİ, Aİİ Rusiya deyil

Rusiya Aİİ, Aİİ Rusiya deyil

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistan maliyyə nazirinin subliminal mesajına sözardı

Rusiya Avrasiya İqtisadi İttifaqı deyil, yaxud Avrasiya İqtisadi İttifaqı yalnız Rusiyadan ibarət deyil. Ermənistanın maliyyə naziri Vahe Ovannisyanın “CivilNet”ə müsahibəsindən gəlinən qənaət bu fikri söyləməyə əsas verir. Bəri başdan deyək ki, erməni nazirin söylədikləri İrəvanın Moskvanın təzyiqlərinə baş əyməyəcəyinin üstüörtülü mesajıdır.

Əlbəttə, məsələnin qoyuluşu yumşaqdır. Ermənistan, necə deyərlər, körpüləri yandırmaq istəmir. Amma Ovannisyanın fikri ilə bağlı başqa məqam da var ki, onu sonda açıqlayacağıq. Hələlik bildirək ki, Rusiya tərəfi erməni nazirin dediklərinə, ümumən, “əmma” prizmasından yanaşa bilər. Məsələn, Ovannisyan deyib ki, təmsil etdiyi hökumət bütün mümkün ssenariləri hesablayıb və risk zonasına düşən ixracın həcmi Ermənistanın ümumi daxili məhsulunun cəmi təxminən 1,8 faizini təşkil edir.

Deməli, Rusiyada kimsə Ermənistanın iqtisadi planda çətinə salınacağını düşünməsin. Həm də ona görə düşünməsin ki, erməni iqtidarı qısamüddətli mənfi təsirləri azaltmaq üçün biznesə dəstək proqramları həyata keçirməyi və ortamüddətli perspektivdə sahibkarlara satış bazarlarını şaxələndirməkdə kömək göstərməyi planlaşdırır. Köməyin maliyyə mənbəyi isə Aİ-dir. Bu günlərdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin İrəvana səfəri əsnasında səslənmiş fikirlər sözümüzün sübutudur. Ovannisyan vurğulayıb ki, müvəqqəti maneələr ixracatçılar üçün gəlirlərin birdəfəlik itirilməsi demək deyil. “Siyasi fikir ayrılıqları və ya məhsulların keyfiyyəti ilə bağlı məsələlər həll olunanadək mallar digər bazarlara yönləndiriləcək”, - deyən Ermənistan rəsmisi, faktiki olaraq, bildirir ki, Rusiya özünün amiranə tonunu davam etdirəcəksə, İrəvan üçün alternativ bazarlar hazır durumdadır. Bəli, Rusiya ardıcıl şəkildə Ermənistanın kənd təsərrüfatı məhsullarının – mineral sular, güllər və spirtli içkilərin idxalına məhdudiyyətlər tətbiq edir. Ekspert dairələri bu iqtisadi tədbirləri iyunun 7-də keçirilmiş parlament seçkiləri ilə əlaqələndirirlər. Yəni onlar bu düşüncədədirlər ki, Moskva seçkidə özünə uyğun ssenarinin gerçəkləşməsinə nail ola bilmədi və bu səbəbdən Ermənistanı öz orbitinə qaytarmağın yolunu iqtisadi təzyiqlərdə görür.

Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin indiyədək Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik etməyib. Bu durum, istər-istəməz, dramatizmi artırır. Qeyd edək ki, Moskva-İrəvan gərginliyi fonunda Paşinyanla Rusiyanın Baş naziri Mixail Mişustin arasında telefon danışığı da olub və tərəflər söhbət zamanı ikitərəfli ticarət məsələlərini müzakirə ediblər. Onu da bildirək ki, Ermənistan-Rusiya münasibətlərindəki nəzərəçarpacaq soyumanın səbəbi kimi, birincinin Avropa inteqrasiyası istiqamətində addımlarını fəallaşdırması göstərilir. Ermənistan hökumətinin təmsilçiləri isə Rusiya ilə dərin ziddiyyətlərin olmadığını bildirərək, mövcud fikir ayrılıqlarının yaxın vaxtlarda aradan qaldırılacağına ümid bəslədiklərini vurğulayırlar. Yenə də bildirək ki, rəsmi İrəvan sərt mövqe tutmur. Bunun müqabilində isə qarşı tərəfdən kateqorik təsir bağışlayan mesajlar artır. Başlıca mesaj isə budur ki, Ermənistan Qərblə Rusiya, yaxud Aİİ və Avropa İttifaqı arasında seçim etməlidir.

Bu söhbət, xüsusən, 2025-ci ilin martında Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanunu qəbul etməsindən və mayda İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilmiş “Avropa Siyasi Birliyi”nin XIII Zirvə toplantısından sonra ciddi məcraya qədəm qoyub. O da məlumdur ki, 2026-cı il mayın sonunda Aİİ-yə üzv digər dövlətlər Ermənistanı qısa müddətdə referendum keçirərək, Aİ ilə bu qurum arasında yekun seçimə getməyə çağırıblar. Eyni zamanda, Ermənistanın ittifaqdakı üzvlüyü məsələsinin dekabr ayında müzakirə olunacağı elan edilib. Ancaq siyasi gərginliyə baxmayaraq, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olaraq qalır. Belə ki, yalnız 2026-cı ilin birinci rübünün yekunlarına görə, Ermənistan ixracının 36,3 faizi Rusiyanın, 14,1 faizi isə Aİ-nin payına düşür. V.Ovannisyanın diqqətə çatdırdığımız fikirləri isə özündə balansın tezliklə Aİ-nin xeyrinə dəyişə biləcəyinin mümkünlüyünü nəzərdə tutur, hərçənd bu, elə də asan başa gələn proses deyil.

Sonda V.Ovannisyanın əvvəldə diqqətə çatdırdığımız fikri üzərinə qayıdaq. Erməni nazir deyib ki, ölkəsi ticarət sahəsindəki anlaşılmazlıqlara görə Aİİ-dən çıxmaq fikrində deyil. İlk baxışdan, düşünülə bilər ki, o, İrəvan-Moskva ziddiyyətlərini siyasiləşdirməkdən uzaq dayandığı üçün “ticarət anlaşılmazlıqları” ifadəsini işlədir.

Amma məsələ təkcə bunda deyil. Çünki Ovannisyan ölkəsinin Aİİ-dən uzaqlaşmaq istisnalılığını İrəvanın təşkilatdakı digər ölkələrlə ticarət əməkdaşlığının qaydasında olduğunu vurğulamaqla bildirir. Onun “Rusiya Aİİ, Aİİ isə, yalnız Rusiya deyil” mesajı budur. Belə yanaşma isə əslində, Aİİ-nin digər üzvlərinə mesaj, hətta müəyyən mənada, çağırışdır. Ermənistanı müdafiə çağırışımı, yoxsa nə? Suala cavabı əlahəzrət zaman verəcək.

R.ƏVƏZ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri