Rusiya Aktauda baş verən qəza ilə bağlı dispetçerlər arasında danışıqları araşdırır
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya İstintaq Komitəsi Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin komandiri ilə üç şəhərin aviadispetçerləri arasındakı söhbəti araşdırmağa başlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ekipaj komandiri Qroznı, Mahaçqala və Mineralnıye Vodı hava limanlarında nəzarətçilərlə danışıb. Müstəntiqlər onların danışığını hərtərəfli araşdırırlar.
"Hazırda hərtərəfli aviasiya texniki ekspertizası təyin edilib. Bütün təyyarə sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir", - deyə məlumatda bildirilir.
Komitənin mütəxəssisləri Azərbaycan və Qazaxıstandakı həmkarları ilə əlaqə saxladıqlarını vurğulayıblar. Qazaxıstan Braziliyadan gələn qara qutuların məlumatlarını öyrənir.
Komissiya Qazaxıstan Respublikası qanunvericiliyinin tələblərinə və ICAO-nun 13 nömrəli Əlavəsinin tələblərinə uyğun olaraq ilkin hesabat dərc edəcək.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Aktauda baş verən qəzanın istintaqı Rusiya İstintaq Komitəsinə tapşırıldı
28 Dekabr 2024 21:09
17 beynəlxalq ekspert Aktauda təyyarə qəzasını araşdırır
29 Dekabr 2024 11:21
Lavrov Aktauda baş verən qəzadan danışdı
14 Yanvar 2025 16:24
Qazaxıstan razılıq verdi: Rusiya Aktauda...
13 Sentyabr 2025 17:20
Aktauda baş verən təyyarə qəzası ilə bağlı hesabata əlavələr olunacaq
04 Fevral 2025 23:06
Baxış sayı:82
Bu xəbər 16 Yanvar 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















