Icma.az
close
up
RU
Rusiya aktivləri Qərbi iki yerə böldü

Rusiya aktivləri Qərbi iki yerə böldü

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi Qərbi Avropa ölkələrinin Ukraynaya maliyyə dəstəyi məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsünə qarşı çıxdığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzeti İtaliya, Fransa və Belçikanın dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kredit kimi verilməsi təşəbbüsünə qarşı çıxdığını yazıb.

"Politico" isə Avropa rəsmilərinə istinadən verdiyi xəbərdə, Avropa Komissiyasının bu istiqamətdəki təklifinin təsdiqlənməməsi halında Kiyevin Beynəlxalq Valyuta Fondunun (IMF) dəstəyini itirmək riski ilə üzləşə biləcəyini qeyd edib.

“İtaliya və Fransa müəyyən müqavimət göstərsələr də bu yolu izləyirlər. Hər iki hökumət, beynəlxalq məhkəmənin Moskvanın ehtiyatlarının istifadəsini qanunsuz hesab etməsi halında maliyyə öhdəlikləri ilə bağlı narahat ola bilər. 

Belçika da eyni səbəbdən etiraz edir. Çünki dondurulmuş aktivlərin əhəmiyyətli hissəsi hazırda Brüsseldəki Euroclear platformasında saxlanılır”, - deyə “Corriere della Sera” qəzeti yazır.

"Politico" qəzetində isə qeyd olunur ki, Belçikanın Ukraynaya veriləcək milyardlarla avroluq Aİ kreditini dəstəkləməkdən imtina etməsi, IMF-nin Kiyevə maliyyə dəstəyini dayandırmasına səbəb ola bilər.

Avropalı diplomatlar və bir Aİ nümayəndəsi qəzetə verdikləri açıqlamada, Rusiya aktivləri ilə bağlı razılığa gəlməyin IMF-ni Ukraynanın qarşıdakı illərdə maliyyə baxımından dayanıqlı olduğuna inandıra biləcəyini bildiriblər.

Yazıda həmçinin qeyd olunur ki, ABŞ-nin Ukraynaya dəstəyinin əhəmiyyətli dərəcədə azalması səbəbindən IMF, Ukraynanın qarşıdakı illərdəki maliyyə ehtiyaclarının böyük hissəsinin Aİ tərəfindən qarşılanacağını gözləyir.

IMF-in 15 oktyabrda verdiyi açıqlamada, Ukraynanın dövlət borcunun 2025-ci ilin sonuna qədər ümumi daxili məhsulun (ÜDM) 108,6 %-nə, 2026-cı ildə isə 110,4 %-ə çatmasının gözlənildiyi bildirilib.

Aİ liderləri 23 oktyabrda Brüsseldə keçirilən zirvə görüşündə Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kredit kimi verilməsi təklifi ilə bağlı razılığa gələ bilməyiblər.

Bu məsələ 18–19 dekabr tarixlərində keçiriləcək Avropa Şurası toplantısında yenidən müzakirəyə çıxarılacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see229

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see227

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see219

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see212

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see203

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see180

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see168

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see135

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see132

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see128

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see127

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see126

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri