Rusiya aktivlərinin Ukrayna üçün xərclənməsinə başlandı
Icma.az, Azpost saytına istinadən bildirir.
Ukrayna Maliyyə Nazirliyi Dünya Bankı ilə ABŞ-dan Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilməli olan 15 milyard dollar məbləğində kreditlə bağlı müqavilə imzalayıb.
Məlumatı Ukraynanın Baş naziri Denis Şmıqal açıqlayıb.
O, öz Telegram kanalında yazıb ki, kredit G7-nin təşəbbüsü ilə Rusiya aktivləri hesabına Ukraynaya veriləcək 50 milyard dollarlıq kreditin ABŞ tərəfindən təmin olunacaq 20 milyardlıq hissənin tərkibinə daxildir. Daha əvvəl Şmıqal bildirib ki, Kiyev dondurulmuş Rusiya aktivlərindən ilk vəsaiti alıb – 1 milyard dollar.
Qeyd edək ki, oktyabr ayında G7 liderləri Ukraynaya 50 milyard dollarlıq kreditin təfərrüatları ilə bağlı razılığa gəldiklərini açıqlayan birgə bəyanat qəbul ediblər. ABŞ bu vəsaitin 20 milyard dollarını ayırmağı üzərinə götürübb. Qalan 30 milyard dollar isə G7 və Aİ-nin birgə səyləri ilə ayrılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Dekabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















