Rusiya Almaniya gərginliyi artır: Medvedevdən sərt açıqlama
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanı Leypsiq hava limanına mümkün hücumla bağlı Rusiyanı ittiham etməsinə görə sərt tənqid edib.
Turkustan.az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful avqustun 4-də bildiriblər ki, Leypsiq hava limanında Ukraynaya məxsus “Antonov” yük təyyarəsinə qarşı planlaşdırılan hücumla bağlı əldə olunan dəlillər texniki bilik və avadanlıqların Rusiya tərəfindən təmin edildiyini göstərir. Onların sözlərinə görə, hücumun həyata keçirilməsi isə “aşağı səviyyəli agentlərə” həvalə edilib.
Medvedev Berlinin bu açıqlamasına münasibət bildirərək, Avropa ölkələrini “Kiyev rejiminin terrorizmini dəstəkləməkdə” ittiham edib.
“Berlin Rusiyanı Leypsiq hava limanına sübut olunmamış hücumda ittiham edib. Almaniyanın hazırkı rəhbərliyinin izlədiyi neonasist və zorakı anti-Rusiya xəttini nəzərə alsaq, bu uydurma təxribat aktı onların günahlarına görə verilə biləcək ən yüngül cəzadır”, – deyə Medvedev bildirib.
O, həmçinin Ukraynanın Rusiya mülki aviasiyasına qarşı təhdidlərinin Avropa tərəfindən dəstəklənən “dövlət terrorizminə doğru atılmış addım” olduğunu iddia edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 Sentyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















