Rusiya Almaniyanı ittiham edib
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Almaniya tarixdə Sovet İttifaqı ilə nasist Almaniyasını eyni səviyyədə göstərməyə çalışır.
O deyib ki, Almaniya rəhbərliyi tarixi unutmadığını desə də, İkinci Dünya müharibəsində həlak olan 27 milyon sovet vətəndaşını, Leninqrad mühasirəsini və slavyan xalqlarını məhv etmə planlarını görməzdən gəlir.
“Cebheinfo.az” xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Almaniya rəsmi olaraq Üçüncü Reyxin müharibəni başladığını qəbul etsə də, eyni zamanda SSRİ-ni Hitler Almaniyası ilə bir tutmağa çalışır.
O, həmçinin qeyd edib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius son illərdə cəmiyyətdə “Rusiyadan daimi təhlükə var” fikrini formalaşdırmağa çalışır və bunun üçün tarix yenidən yozulur.
Qeyd edək ki, daha əvvəl Rayner Braun da bildirmişdi ki, Almaniyanın siyasətində uzun illərdir Rusiyaya düşmən kimi yanaşma mövcuddur.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 May 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















