Icma.az
close
up
RU
Rusiya amerikalı məhbus Mark Foqeli azad etdi Foto

Rusiya amerikalı məhbus Mark Foqeli azad etdi Foto

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya ABŞ səfirliyinin üç ildən artıq həbsdə olan keçmiş əməkdaşı Mark Foqeli azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsa istinadən məlumat yayıb.

ABŞ və Rusiya onun azad edilməsi barədə razılığa gəliblər. Amerika mediasında Foqelin azad oldunduqdan sonra təyyarədən çəkilən fotosu da yayılıb.

Fotoda Mark Foqel

Foqelin ailəsi onun azadlığa buraxılmasına görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.

Yayılan məlumatlara görə, keçmiş diplomatın azadlığa buraxılmasını Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff təmin edib. Belə ki, Tramp bir müddət əvvəl gizli şəkildə Uitkoffa öz vəzifələrini genişləndirməyi, Yaxın Şərqlə yanaşı, Rusiya ilə danışıqlar kanalının açılması üzərində işləməyi tapşırıb. Məlumata görə, Stiv Uitkoff Rusiyaya səfər edib və Foqellə birlikdə Rusiya hava məkanını tərk edib. Buna baxmayaraq Uitkoffun hansı səlahiyyətlərə sahib olduğu və onların ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə rəsmi nümayəndəsi Keyt Kelloqun səlahiyyətlərindən nə ilə fərqlənəcəyi bəlli deyil.

Fotoda Stiv Uitkoff 

ABŞ lideri Tramp isə Foqelin azad edilməsinin ölkələr arasında münasibətlərə və Ukraynadakı münaqişənin həllinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib. Həmçinin Foqel ABŞ-yə gələn kimi Tramp onu Ağ Evdə qəbul edəcək.

Onu da bildirək ki, Rusiya tərəfi Stiv Uitkoffun səfəri ilə bağlı məlumatı təsdiqləməmişdi.

Xatırladaq ki, ABŞ-ın Moskvadakı səfirliyinin keçmiş əməkdaşı Mark Foqel 2021-ci il avqustun 15-i Moskvanın “Şeremetyevo” hava limanında saxlanılıb. Diplomat Moskvaya Nyu-Yorkdan həyat yoldaşı ilə gəlib. Foqelin saxlanılmasına səbəb isə xidməti itlərin diplomatın baqajına verdiyi reaksiya olub. Axtarış zamanı Foqelin baqajından marixuana və həşiş yağı aşkar olunub.

Amerikalı diplomat saxlanıldığı zaman səfirliyin əməkdaşı olmayıb. O, Moskvada müəllim olaraq çalışıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Fevral 2025 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri