Icma.az
close
up
RU
Rusiya atəşkəsə razı olmayacaq Mixaylovdan sensasion baxış

Rusiya atəşkəsə razı olmayacaq Mixaylovdan sensasion baxış

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri eksperti Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

– Ciddədə 11 martda baş tutan görüşdə Ukrayna ABŞ-ın 30 günlük dərhal atəşkəs təklifini qəbul edib. Top indi Rusiyanın meydanındadır. Kiyevin atəşkəslə bağlı razılığından sonra Rusiya hansı addımları atacaq?

– Düşünürəm ki, hazırda Ukrayna rejiminin 30 günlük atəşkəsə razı olmaqdan başqa çıxış yolu yoxdur. Amma doğrudan da, top indi Rusiyanın meydanındadır və hamı hazırda Prezident Vladimir Putinin cavabını gözləyir. Açığını desəm, bizim belə bir qərarı qəbul edəcəyimizə dərindən şübhə edirəm. Hazırda Ukrayna ordusunun böyük bir qruplaşması faktiki olaraq Kursk vilayətində mühasirəyə düşüb. Biz yaxın günlərdə onu tamamilə məhv etməyi və Ukrayna rejiminin hərbi bölmələrini Rusiya ərazisindən çıxarmağı planlaşdırırıq.

Nəticə etibarilə hazırda Kiyev on min nəfərlik ordusunun məhv edilməsinin qarşısını almaq üçün hər şeyə razıdır. Buna görə də indiki mərhələdə döyüşlərin dayandırılacağına şübhə edirəm. Ola bilər ki, müəyyən bir kompromis tapılsın: yəni biz Ukrayna hərbçilərini Kursk vilayətindən çıxarırıq, onların bir hissəsini məhv edirik və yalnız bundan sonra döyüş əməliyyatlarının dayandırılması ilə bağlı qərar verilir. Amma yenə də buna şübhə ilə yanaşıram. Çünki bizi dəfələrlə aldadıblar. Məncə, biz Kiyev rejiminə toparlanmaq üçün fasilə verməyəcəyik, xüsusən də ABŞ-ın Kiyevə dəstək və kəşfiyyat məlumatlarının ötürülməsi barədə açıqlamaları fonunda. Onlar qüvvələrini bərpa edib yenidən müharibəyə girəcəklər. Bu, bizi qətiyyən qane etmir.

Düşünürəm ki, biz cavab verməzdən əvvəl çox uzun fasilə götürəcəyik, çünki amerikalılar prinsip etibarilə məsuliyyətdən yayınmaq üçün özlərinə müəyyən bir boşluq tapıblar – yəni qərarı yalnız Rusiya qəbul etməlidir. Biz isə bizi dəfələrlə aldatmış tərəflərə dərhal cavab verməyə tələsməyəcəyik.

- Bunun fonunda Rusiya ABŞ-la münasibətləri necə qoruyub saxlamağı düşünür?

- Hər halda, Rusiya ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün müəyyən addımlar atmağa davam edəcək. Amma bu, o demək deyil ki, biz dərhal ABŞ və Kiyev tərəfindən razılaşdırılmış şərtlərə boyun əyəcəyik. Biz asılı və zəif ölkə deyilik ki, ABŞ-ın bizə diktə etdiyi şərtləri qəbul edib tələsik razılaşmalar bağlayaq.

Əslində, indiki mərhələdə Rusiya ilə münasibətləri düzəltmək ABŞ üçün daha vacibdir. Çünki onların əsas strateji rəqibi Çindir. Amerikalılar anlamalıdırlar ki, Rusiya bu qarşıdurmada hansı mövqedə olacaq. O, neytral mövqe tutacaq, yoxsa müəyyən mənada Çinlə müttəfiqlik edəcək? Bütün bu amillər ABŞ üçün kritik əhəmiyyət daşıyır.

Ona görə də biz yalnız öz milli maraqlarımız əsasında hərəkət edəcəyik. Gələcəkdə nə olacağını isə zaman göstərəcək. Amma bizə təzyiq göstərmək və qorxutmaq mənasızdır. Əksinə, ABŞ Rusiyaya nə qədər çox təzyiq göstərsə, o qədər də özünə ziyan vuracaq. Çünki biz daha uzun müddət dözməyə hazırıq, güclərimizi səfərbər edəcəyik və qalib gələcəyik.

- Sizcə, Ukrayna münaqişəsinin sonu necə və nə vaxt olacaq?

- Ukrayna münaqişəsinin yalnız bir sonu var: Ukraynanın tamamilə demilitarizasiyası və denasifikasiyası. Ukraynanın Rusiyanın irəli sürdüyü bütün şərtləri, o cümlədən Rusiya Federasiyasının iddia etdiyi bütün ərazilərin Ukrayna tərəfindən qəbul edilməsi. Başqa cür mümkün deyil. Hər hansı yarımçıq qərar Rusiyanı qane etməyəcək. Biz Ukraynanın yenidən müharibəyə hazırlaşan, Qərb tərəfindən silahlandırılan bir dövlət kimi qalmasına icazə verməyəcəyik.

Bundan başqa, Kiyev rejiminin siyasi kursu dəyişdirilməlidir. Mütləq rusiyapərəst olmasına ehtiyac yoxdur, sadəcə neytral bir mövqe tutması kifayətdir. Və təbii ki, rus əhalisinə qarşı repressiyalar və kilsəyə təzyiqlər dayandırılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Mart 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri