Icma.az
close
up
RU
Rusiya Avropa Konvensiyasından çıxdı Ölkəyə beynəlxalq nəzarət aradan qalxır

Rusiya Avropa Konvensiyasından çıxdı Ölkəyə beynəlxalq nəzarət aradan qalxır

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya Dövlət Duması Avropa Şurasının 1987-ci ildə qəbul etdiyi “İşgəncə və qeyri-insani rəftarın qarşısının alınması haqqında Konvensiya”nı rəsmən denonsasiya edib.

Rusiya Ədliyyə Nazirliyi bildirib ki, bu addım ölkədə insan haqları və təminatların azalmasına səbəb olmayacaq. Nazirlik iddia edir ki, Moskva hələ də əsas beynəlxalq müqavilələrdə iştirak edir və həmin sənədlər işgəncələrin qadağan olunmasını, həmçinin bu sahədə nəzarət mexanizmlərini özündə ehtiva edir.

Xatırladaq ki, Prezident Vladimir Putin sözügedən qanun layihəsini 8 sentyabrda parlamentə təqdim etmişdi. Sənədin izahatında göstərilir ki, 2023-cü ildən etibarən Rusiya Avropa Komitəsində nümayəndəsiz qalıb. Bu, Avropa Şurasının rusiyalı nümayəndənin seçilməsini bloklaması ilə əlaqələndirilir. Moskvanın təkrar müraciətləri isə cavabsız qalıb. Rusiya tərəfi bunu açıq diskriminasiya kimi qiymətləndirib.

Qeyd edək ki, konvensiyanın əsas məqsədi yalnız işgəncələri qadağan etmək deyil, həm də onların qarşısını almaq üçün xüsusi mexanizm yaratmaq idi. Bunun üçün Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsi fəaliyyət göstərir. Komitənin mütəxəssisləri əvvəlcədən xəbərdarlıq etmədən həbsxana, koloniya, xəstəxana və digər azadlıqdan məhrumetmə müəssisələrinə daxil ola bilir, şəraitlə tanış olur, məhbuslarla və personal ilə söhbətlər aparır, sonra isə hesabat dərc edirdi. Üzv dövlətlər bu hesabatlara reaksiya verməyə və aşkar olunan pozuntuları aradan qaldırmağa borclu idilər.

Rusiya 1996-cı ildə – Avropa Şurasına qoşulduğu zaman konvensiyaya imza atmışdı. Sonrakı illərdə beynəlxalq komitə dəfələrlə Rusiya türmələrində, istintaq təcridxanalarında monitorinqlər aparmış, çoxsaylı işgəncə faktları və ağır saxlanma şəraitini qeydə almışdı.

Artıq denonsasiyadan sonra Moskva beynəlxalq nəzarətçiləri ərazisinə buraxmaq öhdəliyindən azad olur. Məhbusların şikayətləri Avropa Komitəsində baxılmayacaq. Beləliklə, Rusiyada xarici, müstəqil nəzarət mexanizmi tamamilə ləğv edilir, yalnız FSİN-in daxili nəzarəti və yerli məhkəmələrin imkanları qalır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri