Rusiya Azərbaycan münasibətlərində nə baş verir? KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Beynəlxalq münasibətlərdə bərabər hüquq subyektliyindən nə qədər danışılırsa danışılsın, münasibətlərin formalaşması və transformasiyası zamanı tərəflərin siyasi, geosiyasi, iqtisadi və digər potensialları nəzərə alınır. Sadə dillə desək, burada “ölçü”nün əhəmiyyəti var.
KONKRET.az xəbər verir ki, globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, Rusiya qonşularına münasibətdə hələ də imperiya təfəkkürü ilə yanaşır:
“Lakin bir çox hadisələrin, o cümlədən Rusiya–Azərbaycan münasibətlərində baş vermiş son böhranın da göstərdiyi kimi, Rusiya Federasiyasının siyasi elitası böyük ölçüdə öz təbliğatının təsiri altındadır.
Yalnız qonşulara deyil, digər ölkələrə münasibətdə imperiya ritorikası ilə real imkanların bütün sahələrdəki fəlakətli tənəzzülü arasında getdikcə daha böyük uçurum yaranır. Halbuki həmin “imperiyaçılığın” özünü göstərməli olduğu sahələr məhz real imkanlarla müəyyən edilir…
Köhnə bir məsəldə deyildiyi kimi: “Generalların əsgərləri az olanda, onlar sözlərlə döyüşürlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Avqust 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















