Rusiya Azərbaycana qarşı Rosselxoznadzor silahını işə salıb
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci il iyulun 1-dən iyulun 7-dək Rusiyanın Novosibirsk şəhərindəki müvəqqəti saxlama anbarlarında aparılmış yoxlamalar - fitosanitar nəzarəti proseduru zamanı Azərbaycandan gətirilmiş pomidorların partiyasında Cənubi Amerika pomidor güvəsi müəyyən edilib.
Missiya.Az Rusiya mediasına istinadə xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, karantin zərərvericilərindən təsirlənmiş məhsullara qarşı tədbirlər görülüb və məhsulun Rusiya bazarlarına buraxılmaması qərara alınıb.
Qeyd edək ki, bu, birinci hal deyil ki, "Rosselxoznadzor" Azərbaycandan gətirilmiş kənd təsərrüfatı məhsullarını ölkəyə buraxmır. Görünür Moskva ilə Bakı arasında yaşanan diplomatik gərginlilk "Rosselxoznadzor"un "işinə" də təsir göstərib. Görünən odur ki, Moskva bununla Azərbaycana iqtisadi cəhətdən zərər vurmağa çalışır.
Elcan
Missiya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 İyul 2025 06:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















