Icma.az
close
up
RU
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir İlqar Vəlizadə

Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir İlqar Vəlizadə

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri tərəfsiz xarici siyasət kursunu qoruyub saxlayır"

Ukrayna prezidentinin aprelin 25-də Azərbaycana səfəri Rusiyanın bəzi ekstremist mətbuat orqanlarının etirazçı ruhunu alovlandırıb. Məsələ ilə əlaqədar ölkənin mediası və siyasi dairələri arasında ikitirəlik müşahidə olunur.

Bir qrup, sadəcə Zelenskinin səfəri və Azərbaycan Prezidenti ilə əldə edilən razılaşmalar barədə xəbərlər yayımlayıblar. Digərləri isə bu əməkdaşlığın Rusiya əleyhinə yönəldiyini iddia ediblər. Hətta saytların biri, “Azərbaycan Rusiyaya arxadan zərbə vurdu” kimi ifadələrə yer verib. Təsadüfü deyil ki, ermənipərəst mövqeyi ilə Azərbaycana ittihamlar yağdıran, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin, Ukrayna-Rusiya görüşünün Azərbaycanda keçirilməsinə etiraz edib.

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Rusiyanın Azərbaycana qənim kəsilən mətbuat orqanları əsassız məlumatlar yaymaqdan zövq alırlar:

“Bu qruplar Rusiyanın hərbi-siyasi dairələri ilə əlaqəli olaraq, “şərləmə kompaniyası” həyata keçirirlər. Rusiyanın radikal mətbuat orqanları Zelenskinin əməkdaşlıq etdiyi bütün ölkələri “düşmən” kimi təqdim edirlər. Qərəzli yanaşmaların əsas məqsədi, Rusiya-Azərbaycan münasibətlərini korlamaqdır. Onların Azərbaycanı arxadan vuran düşmən kimi qələmə verməyə haqqı yoxdur. Rusların ölkəmizə vurduğu zərbələr tariximizin yaddaşında silinməz iz buraxıb. Rusiya hökuməti Birinci Qarabağ Müharibəsi zamanı Ermənistanı hərbi-texniki baxımdan açıq şəkildə dəstəkləyirdi”. 

Politoloqun sözlərinə görə ermənilər Rusiyaya məxsus texnika əsasında azərbaycanlıları hədəf alırdırlar:

“Rusiya mətbuatı ədalət axtarırsa, birinci bu məsələdən başlamalıdır. Azərbaycan severen ölkə olaraq, Ukrayna ilə iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq aparır. Lakin bu, silahlarımızı Rusiya əleyhinə Ukraynaya satacağımız anlamına gəlməməlidir. Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yalnız qtisadi xarakter daşıyır. Rusiya ilə Azərbaycan arasında dialoq imkanları yenicə dirçəlməyə başlayıb. Əgər radikal qrupların qərəzli mövqeyinə Rusiya hökuməti maraq göstərməzsə, Azərbaycanla dialoq imkanları zədələnməyəcək”.  

İ.Vəlizadə vurğulayıb ki, Rusiya və digər ölkələr Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir:

“Rəsmi Bakı atdığı addımları Rusiyanın maraqları ilə uzlaşdırmağa məcbur deyil. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri tərəfsiz xarici siyasət kursunu qoruyub saxlayır. Rusiya mətbuatı əməkdaşlığı real çərçivədə deyil, dezinformasiya prizmasından təqdim edir. Bu məsələlər yerli mətbuatda geniş şəkildə işıqlandırılmalı, radikal addımların qarşısının alınması tələb olunmalıdır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Aprel 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri