Rusiya Azərbaycanın sayəsində Ermənistana buğda ixracını iki dəfə artırdı
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
"Bu il Rusiya Ermənistana alüminium, çörək, günəbaxan yağı və dərman tədarükünü artırıb. Buğda tədarükü təxminən ikiqat artıb ki, bu da Azərbaycandan Ermənistana yük tranzitinin bərpası sayəsində mümkün olub".
Teleqraf xəbər verir ki, bunu Rusiya İqtisadi İnkişaf Nazirliyinin MDB ölkələri ilə İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Aleksey Mixaylov Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasından sonra bildirib.
Onun sözlərinə görə, Rusiya bu il r ümumi ticarət dövriyyəsinin 34%-dən çoxunu təşkil edərək Ermənistanın əsas ticarət tərəfdaşı olub.
Tərəflər iqtisadi, sənaye, enerji, nəqliyyat və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, gələn il üçün iş planını müəyyənləşdiriblər.
Rusiya-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası 2026-cı ildə Rusiyada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Dekabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















