Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Hazırda Moskvada nümayəndə heyəti hazırlanır və o, gələn həftə Bakıya qeyri-rəsmi səfər edərək iki ölkə arasındakı münaqişənin həllinə çalışacaq.
Axar.az xəbər verir ki, bu barədə VÇK-OQPU Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, şəxsən Rusiya Prezidenti Putinin mesajı çatdırılacaq və həbs olunanların mübadiləsi təklifi verilə bilər.
Bildirilib ki, nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, hazırkı fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkov başçılıq edə bilər.
“Azərbaycanla münasibətlərdə yaranan fəsadlar hazırda Kremlin planlarına daxil deyil. Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə konflikt aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək imkanı yoxdur”, - mənbə kanala açıqlamasında deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 06 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















