“Rusiya Baltik dənizindəki adalardan birini ələ keçirə bilər”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsveç Silahlı Qüvvələrinin Baş Komandanı Mikael Klasson Rusiyanın NATO-nun dözümlülüyünü yoxlamaq üçün Baltik dənizindəki strateji adalardan birini ələ keçirə biləcəyi barədə xəbərdarlıq edib.
“Qafqazinfo” “The Times” qəzetinə istinadən xəbər verir ki, Klasson ölkəsinin Moskvanın istənilən an alyansın gücünü sınaya biləcəyi ehtimalına qarşı hazırlaşdığını bildirib.
Baş komandanın sözlərinə görə, belə bir hərbi əməliyyat Ukraynadakı münaqişə başa çatdıqdan sonra reallaşa bilər.
Sözügedən açıqlamalar fonunda isə bu gün NATO-nun Finlandiyada Rusiya ilə mümkün silahlı münaqişə ssenarilərini tətbiq etmək məqsədilə genişmiqyaslı təlimlərə başladığı məlum olub.
Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte 2025-ci il üzrə illik hesabatında Rusiyanı alyans və Avro-Atlantik region üçün “ən əhəmiyyətli və birbaşa təhlükə” kimi xarakterizə edib. Rutte vurğulayıb ki, Ukraynada sülh əldə olunsa belə, Rusiyanın hərbi ambisiyaları Avropa üçün uzunmüddətli risk olaraq qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 16 Aprel 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















