Rusiya Belarusun təhlükəsizliyi üçün zəruri tədbirlər görməyə hazırdır
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa yönələn təhdidləri Minski birbaşa münaqişəyə cəlb etmək və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək məqsədi daşıyır”.
"Cebheinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O bu xüsusda Rusiya ilə Belarus arasında 2025-ci ilin martından İttifaq Dövləti çərçivəsində təhlükəsizlik zəmanətlərinə dair müqavilənin qüvvədə olduğunu xatırladıb.
Lavrovun sözlərinə görə, Rusiya Belarusun təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən müqavilə ilə nəzərdə tutulan bütün zəruri tədbirləri görməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl Ukrayna lideri Volodimir Zelenskinin Belarus Prezidenti Aleksandr Lukaşenkoya ölkəsinin sərhədindən Ukrayna daxilində hədəflərə birbaşa zərbələr endirmək üçün istifadə edildiyi iddia edilən avadanlıqları geri çəkməsi üçün bir həftə vaxt verməsi barədə məlumat yayılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 23 İyun 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















