Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Suriyanın Bəşər Əsədin ekstradisiyası tələbini rədd etdiyi bildirilir.
“Cebheinfo.az” xəbər verir ki, Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədi ekstradisiya etməyəcəyini açıqlayıb.Rusiyanın bu qərarı iki ölkə arasında münasibətlərin yenidən qurulmasına yönəlmiş diplomatik təmaslar nəticəsində qəbul edilib.Rusiyanın İraqdakı səfiri Alperus Kotraşev verdiyi açıqlamada deyib:
“Bəşər Əsədin Moskvada qalmasının şərtlərindən biri onun bütün media və siyasi fəaliyyətlərdən uzaq durmasıdır. İndiyə qədər bu şərtlərin pozulmasına dair heç bir dəlil yoxdur”.Kotraşev Əsəd və ailəsinə sığınacaq hüququnun birbaşa Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə verildiyini və bu qərarın dəyişdirilməsindən söhbət getmədiyini vurğulayıb.
Xatırladaq ki, dekabrın 8-də şiddətli qarşıdurmaların getdiyi və Suriya müxalifət qüvvələri, Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının paytaxta doğru irəlilədiyi bir vaxtda Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyanın nəzarətindəki Hmeymim hərbi hava bazasına, oradan da Moskvaya gedib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Baxış sayı:83
Bu xəbər 19 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















