Rusiya bəyan etdi: Putin Tramp görüşü olacaq, hazırlıq gedir
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq prosesi davam edir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Diplomatın sözlərinə görə, Moskva və Vaşinqton Ukrayna məsələsi ilə bağlı “non-paper” formatında heç bir sənəd mübadiləsi aparmayıb.
“Biz bildiririk ki, sammitə hazırlıq davam edir. Mən ciddi maneələr görmürəm”, - Ryabkov vurğulayıb.
O qeyd edib ki, əsas məsələ Ankoricdə keçirilmiş görüşdə prezidentlər tərəfindən müəyyənləşdirilən parametrlərin “konkret məzmunla doldurulmasıdır”.

Rəsmi Moskva: Putin Tramp görüşü üçün hazırlıq gedir
26 Fevral 2025 13:33
Kreml: Putin Tramp müzakirəsinə hazırlıq gedir
17 Mart 2025 17:21
Putin Tramp görüşü Bakıda olacaq? Ekspert
14 Mart 2025 15:57
Peskov: Putin Tramp görüşü ilə bağlı hazırlıq yoxdur
28 İyul 2025 14:58
Putin Tramp görüşünə hazırlıq gedir Peskov təsdiqlədi
05 Fevral 2025 14:27

