Rusiya bir şəhəri 18 aya ala bilmirsə... Ekspertlərdən müharibə PROQNOZU
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
ABŞ-da keçirilən Tramp-Zelenski görüşü beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Görüşdən sonra səsləndirilən nikbin bəyanatlara baxmayaraq, əsas müzakirə mövzusu olan Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı konkret irəliləyişin əldə olunmaması mütəxəssislər arasında suallar doğurub. Ekspertlər hesab edirlər ki, tərəflərin mövqeləri arasında ciddi fərqlərin qalması münaqişənin yaxın zamanda başa çatacağına dair gözləntiləri zəiflədir.
Təhlükəsizlik eksperti İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, Ukraynanın atəşkəsə razılaşması ilə bağlı real vəziyyət ortada yoxdur:
“Sadəcə olaraq, Rusiya atəşkəsə razı deyil. Moskvanın irəli sürdüyü şərtlər faktiki olaraq Ukraynanın kapitulyasiyasını nəzərdə tutur. Belə olan halda müharibənin davam etməsi qaçılmazdır”.
Ekspert qeyd edib ki, bu proses gözlənilən idi və Trampın Rusiya və Putinyönlü siyasəti nəticə vermir:
“Müharibə davam edəcək. Avropa bu mərhələdə Ukraynaya dəstəyini davam etdirəcək. Ola bilsin ki, Donbassın qalan hissəsi də işğal olunsun. Bu proses ən azı bir il çəkə bilər”.
İlham İsmayılın sözlərinə görə, Rusiyanın hərbi imkanları da düşündüyü qədər geniş deyil:
“Əgər Rusiya bir Pokrovsk şəhərini 18 aya ala bilmirsə, digər şəhərləri ələ keçirməsi də çətin olacaq. Rusiyanın özündə də vəziyyət ağırdır. Sadəcə, Ukrayna ilə müqayisədə resursları daha çoxdur”.
Ekspert vurğulayıb ki, Donbass tam nəzarətə götürülsə belə, Rusiya bundan sonra da yeni şərtlər irəli sürəcək:
“Putin nə Avropa, nə də ABŞ qarşısında dayanmayacaq. Tramp isə daha çox biznes təfəkkürü ilə Sibir və Arktika ilə bağlı maraqlar əldə etməyə çalışır. Məhz bu yanaşma müharibəni indiki nöqtəyə gətirib çıxarıb. Burada Putin qədər Trampın da məsuliyyəti var”.
Politoloq Elxan Şahinoğlu ABŞ-də keçirilən son görüşlərdən ciddi nəticə çıxmayıb. Onun sözlərinə görə, ABŞ- prezidenti Donald Tramp müsbət fikirlər səsləndirsə də və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparsa da, əsas məsələ - ərazi problemi hələ də həll olunmamış qalır.
Politoloq qeyd edib ki, Rusiya Donbassın tamamını tələb edir, Ukrayna Prezidenti Volodimir Zelenski isə bu tələblərlə razılaşmır:
“Putinin Ukraynanın mövcud istəkləri ilə razılaşacağına inanmıram. O, hətta atəşkəsə belə razı deyil. Belə olan halda münaqişənin davam edəcəyini proqnozlaşdırmaq olar”.
Elxan Şahinoğlu vurğulayıb ki, Trampın bu tip təşəbbüsləri il ərzində dəfələrlə gündəmə gəlir, optimist bəyanatlar verilir, lakin onların davamı olmur:
“Çünki Putin nə atəşkəsə razılaşır, nə də Donbassda nəzarət etmədiyi ərazilərdən imtina edir. Bu da müharibənin hələ bir müddət davam edəcəyini göstərir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 30 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















