Rusiya bu 3 ölkədə təsirini itirir Zelenski Kremlin uğursuzluğundan danışdı
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Vladimir Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya Azərbaycan, Ermənistan və Moldovada təsirini itirir.
Sitat.info xəbər verir ki, onun sözlərinə görə, Rusiya son zamanlar beynəlxalq arenada bir sıra siyasi geriləmələrlə üzləşir və tədricən müxtəlif ölkələrdə təsirini itirir. O qeyd edib ki, Moskva artıq Avropada və postsovet məkanında əvvəlki mövqelərini qoruya bilmir.
Zelenski həmçinin bildirib ki, Rusiyanın ayrı-ayrı ölkələrdə təsirini qorumaq cəhdləri nəticə vermir və xarici siyasət kursu daha da beynəlxalq təcridə gətirib çıxarır.
Bundan əlavə, Ukrayna lideri regionun bir sıra ölkələrində baş verən siyasi dəyişikliklərə toxunaraq Moskvanın bu ölkələrdəki təsirinin zəiflədiyini iddia edib. Onun sözlərinə görə, bu, Rusiyanın dünya siyasətindəki ümumi mövqeyinə təsir göstərir və həm xarici, həm də daxili siyasəti üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 09 İyun 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















