Icma.az
close
up
RU
Rusiya bu hadisədən danışır Putinin məşhur generalı niyə yoxa çıxdı?

Rusiya bu hadisədən danışır Putinin məşhur generalı niyə yoxa çıxdı?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin 20 noyabrda “Qərb” hərbi qruplaşmasının komanda-qərargah məntəqəsində keçirdiyi toplantıdan sonra Ukraynanın Kupyansk şəhəri ətrafında baş verənlər diqqət mərkəzinə düşüb. Həmin toplantıda şəhərin tam şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu bildirilsə də, Ukrayna Prezidenti Volodimir Zelenskinin 12 dekabrda Kupyanska səfəri bu iddiaları sual altına qoyub.

Daha sonra Kupyanskla bağlı Putinə məruzə edən general-polkovnik Sergey Kuzovlyevin ölümü ilə bağlı xəbərlərin yayılması rəsmi açıqlamalarla real vəziyyət arasında ziddiyyətlərə dair şübhələr yaradıb.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Kuzovlyevin cəsədinin tapılması ilə bağlı məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb:

“Kupyanskın Rusiya tərəfindən tutulması barədə məlumatların saxta olduğu iddiaları yayıldıqdan sonra Moskva bunu qəbul etmədi. Ardınca isə həmin general-polkovnik yoxa çıxdı. Kuzovlyev Rusiya ordusunda kifayət qədər nüfuzlu fiqur idi, Müdafiə Nazirliyində müxtəlif yüksək vəzifələrdə çalışmışdı. Faktiki olaraq Ukraynada ən ağır əməliyyatlara rəhbərlik edən şəxsin bu şəkildə aradan götürülməsi onu göstərir ki, Rusiyanın Ukraynadakı əməliyyatları sərt və məcburi idarəetmə sistemi ilə aparılır.

Əgər kimsə bu əməliyyatlarda ən kiçik səhvə yol verərsə, bu, onun faciəsi ilə nəticələnə bilər. Bu aqressivləşmə tendensiyası getdikcə dərinləşir. Çünki Rusiya Ukraynada istədiyi nəticəni əldə edə bilmir, vəziyyət gərginləşir və bu da Kremldə aqressiyaya səbəb olur. Nəticədə bu aqressiya Rusiya ordusundakı generallar üzərindən çıxılır”.

Ekspert qeyd edib ki, proses müəyyən mənada Rusiya–Fransa müharibəsi dövrünü xatırladır:

“Həmin vaxt Napoleon qarşısında məğlub olan Rusiya (I Aleksandr) da bir sıra generallarını qurban verirdi. Eyni tendensiya bu gün də müşahidə olunur. Yüksək təcrübəyə malik generalların sıradan çıxarılması Rusiya ordusunun daha da zəifləməsinə və Ukrayna cəbhəsində mövqelərinin itirilməsinə səbəb ola bilər.

General-polkovnik Sergey Kuzovlyev ordunun ən təcrübəli hərbçilərindən biri idi. O, sıravi pillələrdən bu rütbəyə qədər yüksəlmiş, Rusiya ordusunun əməliyyat sistemində formalaşmış əsas simalardan sayılırdı”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri