Icma.az
close
up
RU
Rusiya bu ölkəyə “Oreşnik” yerləşdirəcək

Rusiya bu ölkəyə “Oreşnik” yerləşdirəcək

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin “qarşısıalınmaz” adlandırdığı “Oreşnik” adlı orta mənzilli ballistik raket sistemlərinin 2025-ci ilin sonuna qədər Belarus ərazisində yerləşdirilməsi planlaşdırılır. 


Sfera.az “NTV”yə istinadən xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç məlumat verib.


Volfoviçin sözlərinə görə, raketlərin yerləşdiriləcəyi ərazilər artıq müəyyən olunub. O bildirib ki, sözügedən sistemlərin Belarusda yerləşdirilməsi iki ölkə arasında 2023-cü ildə imzalanmış hərbi əməkdaşlıq sazişinə əsaslanır.


Kremlə yaxın jurnalist Aleksandr Yunaşevin məlumatına əsasən, Belarus Prezidenti Aleksandr Lukaşenko 2024-cü ilin dekabrında Moskvaya müraciət edərək 10 ədəd “Oreşnik” raket kompleksinin ölkəsində yerləşdirilməsini istəyib.


Rusiyalı hərbi ekspert Viktor Baranets bu raketlərin 3–6 döyüş başlığı daşıya bildiyini, yüksək sürəti ilə hava hücumundan müdafiə sistemlərini aşa bildiyini bildirib. Prezident Putin də daha əvvəl “Oreşnik” raketinin saniyədə 2,5–3 kilometr sürətlə hərəkət etdiyini və hazırkı müdafiə sistemlərinin onu dayandıra bilmədiyini qeyd etmişdi.


Məlumatlara görə, “Oreşnik” raketləri nüvə başlığı daşımaq imkanına malikdir. Lakin Rusiya 2024-cü ilin 21 noyabrında Ukraynanın Dnipro şəhərinə hücum zamanı bu raketlərdən birini nüvə başlığı olmadan istifadə edib.


Rusiya Nüvə Qüvvələri Layihəsinin rəhbəri Pavel Podviq isə bildirib ki, bu raketlər ABŞ üçün təhdid yaratmasa da, bütün Avropa üçün ciddi təhlükə hesab oluna bilər.
Xatırladaq ki, Belarus 2023-cü ilin oktyabr ayında Rusiya taktiki nüvə silahlarının ölkə ərazisinə tam köçürüldüyünü elan etmişdi. Ekspertlərə görə, bu addımlar Belarusun regiondakı hərbi əhəmiyyətini artırmaqla yanaşı, Avropadakı təhlükəsizlik balansını da dəyişə bilər.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 May 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri