Icma.az
close
up
RU
“Rusiya büdcəsinin üçdə biri hərbi xərclərə gedir The Telegraph”

“Rusiya büdcəsinin üçdə biri hərbi xərclərə gedir The Telegraph”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya iqtisadiyyatı Vladimir Putinin Ukraynada apardığı müharibənin maliyyə yükü altında ciddi təzyiq altındadır. 

"AzPolitika" xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri yazır.

Məqalədə bildirilir ki,  ən azı üç iri Rusiya bankı dövlətin dəstəyini almaq üçün hökumətə müraciət etməyi nəzərdən keçirir. Səbəb kimi iqtisadi tənəzzül fonunda kredit ödəmələrində yaranmış problemlər göstərilir. 

Məlumata görə, Rusiya rəsmiləri banklara qeyri-ödənilən kreditlərin miqyasını tam açıqlamamaq, bunun əvəzinə hesabatları “daha yaxşı” göstərmək üçün yenidən qurmaq təlimatı veriblər. Lakin bu taktikanın artıq effektini itirdiyi qeyd olunur.

Nəşr yazır ki, Rusiya iqtisadiyyatı eyni anda bir neçə amildən əziyyət çəkir - Ukraynadakı müharibə xərcləri, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar, silahlı qüvvələrdə və xaricə köç nəticəsində yaranan əmək qüvvəsi çatışmazlığı, həmçinin neft qiymətlərinin enməsi. Xüsusilə neft gəlirlərindəki azalma dövlət büdcəsi üçün ciddi təhdid sayılır.

Rəsmi məlumatlara görə, 2024-cü ildə Rusiya iqtisadiyyatı 4,3% artım göstərib. Lakin nəşr qeyd edir ki, Moskvada xərclənən hər üçüncü rubl hərbi məqsədlərə yönəldilir.

Ölkədə ərzaq qiymətlərindəki sürətli artım və əmək çatışmazlığı nəticəsində inflyasiya ikirəqəmli həddə çatıb. Nəşr bildirir ki, sadə vətəndaşlar gündəlik ərzaq məhsullarını belə almaqda çətinlik çəkirlər – hətta kartof da qıtlığa çevrilib.

Rusiya Mərkəzi Bankı vəziyyəti sabitləşdirməyə çalışsa da, əsas faiz dərəcəsi hələ də 20% səviyyəsində qalır. Hökumət isə əsgərlərə yüksək əməkhaqqı və bonuslar ödəyir ki, bu da onların ailə büdcələrini dəstəkləsə də, dövlət maliyyəsinə əlavə yük yaradır.

Bundan əlavə, ötən illə müqayisədə neft satışından gələn gəlirlər üçdəbir azalıb.

"Goldman Sachs" analitiklərinin proqnozuna görə, 2025-ci il ərzində rubl dollar qarşısında 30% dəyər itirə bilər. Bu isə Rusiyada idxal məhsullarının qiymətlərinin daha da artacağı anlamına gəlir.

Məqalədə həmçinin qeyd olunur ki, ABŞ-də Donald Trampın hakimiyyətə qayıtması halında Rusiyayla ticarət edən ölkələrin məhsullarına 100%-lik tarif tətbiq oluna bilər. Bu isə Rusiyanın qlobal iqtisadiyyatdan daha da təcrid olunacağı təhlükəsini artırır.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri