Icma.az
close
up
RU
Rusiya buğdası Azərbaycandan keçərək Ermənistana çatdırıldı Gevork Papoyan

Rusiya buğdası Azərbaycandan keçərək Ermənistana çatdırıldı Gevork Papoyan

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Rusiya buğdasının partiyası Azərbaycandan və Gürcüstandan keçərək Ermənistana çatdırılıb.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya buğdasının yeni partiyası Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana gətirilib.
“Bu, Rusiya buğdasıdır. O, dəmir yolu ilə Rusiyadan Azərbaycana gətirilib. Hazırda bizim Azərbaycanla birbaşa dəmir yolu əlaqəmiz olmadığından, yük daha sonra Gürcüstan ərazisindən keçərək Ermənistana daxil olub”, – deyə Papoyan bildirib.
Onun sözlərinə görə, gələcəkdə TRIPP marşrutu işə salındıqdan və Meğri istiqamətində dəmir yolu əlaqəsi bərpa edildikdən sonra bu cür yüklər Rusiyadan Azərbaycana, oradan isə Ermənistanın cənubundan keçməklə Naxçıvana, daha sonra yenidən Ermənistana daşınacaq.
Papoyan qeyd edib ki, yaxın günlərdə Qazaxıstandan gələn buğda da Azərbaycan ərazisindən keçməklə Ermənistana gətiriləcək: “Bu, tamamilə yeni bir imkandır, çünki hazırda faktiki olaraq Ermənistan–Çin arasında birbaşa dəmir yolu əlaqəsi yaranıb”, – deyə nazir vurğulayıb.
Nazir xatırladıb ki, indiyə qədər buğda tədarükü əsasən “Yuxarı Lars” vasitəsilə həyata keçirilirdi, lakin bu marşrutda uzun növbələr, çətinliklər və yüksək nəqliyyat xərcləri müşahidə olunurdu.
Papoyanın sözlərinə görə, Azərbaycan ərazisindən tranzit daşımalar buğda idxalında fasiləsizliyi təmin edir, tədarük marşrutlarını şaxələndirir və maya dəyərini aşağı salır.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Noyabr 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri