Rusiya bütün ölkələrə nota göndərdi: Ukrayna 9 May paradını vurursa...
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Rusiya Xarici İşlər Nazirliyi 9 may Qələbə paradı ərəfəsi ölkədə akkreditə olunmuş bütün xarici diplomatik və beynəlxalq təşkilatların nümayəndəliklərinə nota göndərib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kiyevin Qələbə günü tədbirləri zamanı hücum ehtimalını nəzərə alsaq, Rusiya silahlı qüvvələrinin cavab zərbəsi endirməsi də mümkündür. Bu əsasda da XİN sözçüsü Kiyevdəki diplomatik və digər nümayəndəlikləri, habelə vətəndaşları vaxtında təxliyə olunmağa çağırıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl Moskvada 9 may günü olacaq paradla bağlı xəbərdarlıq edib.
Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az-a bildirib ki, Zaxarovanın bu açıqlaması Rusiyanın Ukrayna və Qərbə yönəlik növbəti siyasi-psixoloji təxribatı, şantaj cəhdidir:
“Rusiyanın son zamanlar atdığı addımlar böyük ölçüdə şantaj xarakteri daşıyır. Düzdür, Zelenski də son açıqlamalarında bildirib ki, Ukrayna PUA-ları 9 may günü Qırmızı Meydan ətrafında olacaq. Ancaq Zelenski 9 may paradına zərbə endirəcəyini qətiyyən vurğulamayıb. Kiyevin belə bir addımı atacağı da inandırıcı deyil. Çünki bu bir dövlət tədbiridir və orada çoxsaylı mülki əhali də iştirak edir. Üstəlik digər ölkələrdən qonaqlar da ola bilər”.
Belə vəziyyətdə həmsöhbətimizə görə, Rusiya sadəcə Zelenskinin siyasi-psixoloji təzyiq cəhdindən yararlanaraq, həm Ukrayna, həm də Qərbi şantaj etməyə çalışıır:
“Ona görə də Moskva Kiyevi bombardman edəcəyinə eyham vurur və diplomatik nümayəndələrin təxliyyə olunmasını təklif edir”.
Ekspertin sözlərinə görə, bununla Moskva həmçinin Kiyevə qarşı Qərbin təzyiqinə nail olmağa cəhd göstərir:
“Çünki Rusiya son zamanlar olduqca çətin duruma düşüb. Onun hərbi uğur qazanma ehtimalı getdikcə azalır. Bu baxımdan əlavə hərbi gərginlik və siyasi-psixoloji təzyiq alətlərinin önə çəkilməsi üçün istənilən bəhanədən istifadə etməyə çalışır”.
Rüfət Sultan, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 May 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















