Icma.az
close
up
RU
Rusiya Çeçenistanı qabağa verərək özünü məsuliyyətdən yayındırır AÇIQLAMA

Rusiya Çeçenistanı qabağa verərək özünü məsuliyyətdən yayındırır AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verildiyi kimi, araşdırmanın ilkin nəticələrinə görə, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsini Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi vurub. Bununla yanaşı, hava limanları təyyarəni qəbul etməyərək, Mahaçqalaya, oradan isə Aktauya yönləndirib. Hava gəmisinin vurulmasında Rusiyanın adı çəkilsə də, əsas zərbənin Çeçenistan tərəfindən yetirildiyi bildirilir.

Belə olduğu halda günahı hansı tərəf üstünə götürməli, Azərbaycandan üzr istəməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Turan Rzayev bildirdi ki, burada məsuliyyət əsas Rusiyanın üzərinə düşür.  

"Çeçenistan beynəlxalq hüquq baxımından müstəqil bir ölkə deyil. O, Rusiya Federasiyasının daxili subyekti olaraq fəaliyyət göstərir. Çeçenistan Azərbaycanla eyni statusa malik deyil. Azərbaycan ilə Rusiya eyni statusda ölkədir. Buna görə də Rusiya üzr istəməli, yaralılara, həyatını itirənlərə təzminat ödəməli, hadisədə əli olanları məsuliyyətə cəlb etməlidir. Əks halda, iki ölkə arasındakı münasibətlər ciddi şəkildə zərər görə bilər. Belə bir vəziyyətdə məsuliyyət birbaşa Rusiya hökumətinin üzərinə düşür. Rusiya həm üzr istəməli, həm də bu insident zamanı həyatını itirənlərə və yaralananlara təzminat ödəməlidir. Bununla yanaşı, hadisədə əli olan şəxslər məsuliyyətə cəlb edilməlidir".

Politoloqun sözlərinə görə, Rusiya Çeçenistanı ön plana çəkərək öz məsuliyyətindən yayınmağa çalışır:

"Rusiya mediası bu hadisəni ya inkar etməyə, ya da məsuliyyəti Ukrayna tərəfinin üzərinə qoymağa çalışır. Bu cür yanaşma hadisənin Rusiya rəhbərliyinə məruzə edilməsindən sonra siyasi manipulyasiya məqsədi daşıyır. Həmçinin Rusiyanın bu məsələni daxili subyekt olan Çeçenistanın üzərinə yükləməsi həm məsuliyyətdən qaçmaq cəhdidir, həm də Azərbaycana qarşı hörmətsizlikdir. Biz Çeçenistandan deyil, Rusiya Federasiyasından üzr gözləyirik".

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri